Körpələrdə diş çıxması zamanı xalq təbabəti üsulları ilə yardım

Körpələrdə diş çıxması zamanı xalq təbabəti üsulları ilə yardımDişlərin mayası bətndaxili inkişafın 5-6-cı həftələrində qoyulmağa başlayır və bu zaman birincili epidermal səhfə və ya diş lövhəsi şəklində olur.
Hamiləliyin birinci trimestrində ananın sağlamlığı dişin gələcək inkişafı üçün çox vacibdir. Həmin aylarda baş verən ürəkbulanma və qusmalar nəticəsində yaranan mineral itkisi mübadilənin pozulmasına, dölün formalaşmaqda olan dişlərində bir sıra problemlərin yaranmasına səbəb olur. Artıq bətndaxili inkişafın səkkizinci həftəsində diş lövhəsinin yerində diş tumurcuğu əmələ gəlir. Bu, diş torbacığı, diş məməciyi və emal orqandan ibarət gələcək süd dişləridir. Formalaşma onuncu həftədə tamamlanmalıdır. Həmin dövrdə yaranan hər hansı zədələnmə gələcəkdə dişlərdə yaranan problemlərlə özünü büruzə verir. Beşinci aydan sonra körpə doğulana qədər süd dişlərin minerallaşması baş verir və 5 yaşında çıxan daimi dişlərin bünövrəsi qoyulur.
Uşaq yaşlarında karies yaranmasının səbəbləri arasında ananın hamiləlik zamanı keçirdiyi aktiv karies, qeyri-düzgün qidalanma və yaxud tutulduğu hər hansı xəstəliklər əsas yer tutur.
Körpələrdə 4-cü aydan 8-ci aya qədər dişlər çıxmağa başlayır. Bir sıra endokrin pozulmalar zamanı dişlərin çox erkən çıxması müşahidə olunduğu halda, bəzi infeksion xəstəliklər, maddələr mübadiləsinin pozulması və raxit kimi xəstəliklərdə proses gecikir.
Dişlər çıxmamışdan bir ay əvvəl körpədə ümumi narahatlıq, damaqda qaşınma, ağız suyu ifrazının artması kimi hallar müşahidə edilir, yuxusu pozulur, iştahası zəifləyir. Bəzi körpələrdə diş çıxma zamanı hətta bədən temperaturunun artması, nəcisin xarakterinin dəyişməsi və sağrı nahiyəsində səpgi halları müşahidə edilir. Həmin dövrdə ana südü ilə qidalanan körpələr sakitləşmək, ağrını azaltmaq məqsədilə tez-tez süd əmmək istəyir, əmən zaman fasilə verir və təkrar əmirlər.
Diş çıxarkən dişətinin yuxarı hissəsində əvvəlcə qızartı və şişkinlik müşahidə edilir, bir müddət sonra ağ nöqtə şəklində diş minası görünür. Həmin vaxt hipersalivasiya nəticəsində ağız suyunun təsiri ilə uşağın çənə və boyun nahiyyəsində qıcıqlanma və səpgi yaranır. Bunun qarşısını almaq üçün dodaqətrafı, çənə və boyun nahiyəsinə uşaq üçün nəzərdə tutulan krem və ya təbii yağlar çəkilməli, sinəsinə suçəkən pambıq materialdan hazırlanmış yaxalıq asılmalıdır.
İshal və bunun nəticəsində anusun ətrafında baş verən qıcıqlanma da "diş" simptomlarından biri ola bilər. Həmin vaxt nəcisin turş xarakterli olması anus ətrafında qıcıqlanmaya səbəb olur. İshalın qarşısını almaq üçün uşağa gündə 2-3 dəfə Qastren çayı içirdilməli, bezi dəyişdirilərkən hər dəfə su ilə yuyulmalı, yaxşı qurulanmalı, anusun ətrafına sink tərkibli mazlar və ya çaytikanı yağı çəkilməlidır.
Dişçıxarma zamanı bəzi uşaqlarda temperaturun yüksəlməsi müşahidə olunur, hətta 38 dərəcəyə çata bilər. Bəzən yanaşı gedən hər hansı infeksion proses də qızdırmaya səbəb ola bildiyinə görə həkim-pediatrla məsləhətləlşmək lazımdır.
Həmin proses zamanı ağrı və damaqdakı qaşınmanı azaltmaq üçün uşaqlara rezin halqa və oyuncaqlar verilməlidir. Oyuncaqların hazırlandığı materialın təhlükəsizliyinə diqqət yetirmək lazımdır. Təhlükəsiz materialdan hazırlanmış halqa və oyuncaqları soyuducunun aşağı gözündə 2-3 saat saxlamaq lazımdır, çünki soyuq əşya damaqdakı ağrı və qaşınmanı müəyyən qədər azaltmaq xüsusiyyətinə malikdir. Eyni məqsədlə dilimlənmiş soyuq bərk meyvə-tərəvəz, təmiz tənzif parça, yumşaq diş fırçası, uşaqlar üçün nəzərdə tutulmuş ağrıkəsici və keyləşdici təsirə malik gellərdən də istifadə etmək olar.
Ağrıkəsici və sakitləşdirici təsir göstərən təbii vasitələr
- Sakitləşdirici, ağrıkəsici çay hazırlamaq üçün eyni miqdarda bədrənc otu, aptek çobanyastığı çiçəkləri və lavanda çiçəkləri qarışdırılır. Qarışıqdan 1 xörək qaşığı üzərinə 1 stəkan qaynar su tökülür, 15 dəqiqə dəmlənir, soyudulur, süzülür. Dəmləmədən həm ana, həm də körpə istifadə edə bilər. Ana gündə 3 dəfə 100 ml, körpə 1 xörək qaşığı qəbul edilir.
- Mixək yağı 1:1 nisbətində zeytun yağı və ya Fitooil Badam yağı ilə qarışdırılır, alınan yağ qarışığı körpənin damağına sürtülür.
- 1 filtr-bağlama Sedativ çay 100 ml suda 15 dəqiqə dəmlənir. Ana gündə 2-3 dəfə 100 ml, körpə 1 xörək qaşığı qəbul edir. Aromaterapiya ilə sakitləşdirici effekt almaq üçün Sedativ çayın filtr-bağlamalarını körpənin yastığı ətrafına düzmək olar.
- Sakitləşdirici vanna hazırlamaq üçün 7-8 filtr bağlama Sedativ çay 1 litr suda dəmlənir, körpə çimizdirildikdən sonra vannaya həmin dəmləmə əlavə edilərək su ilə durulaşdırılır və körpə bir neçə dəqiqə həmin vannada saxlanır.
- 30 qram xırdalanmış pişikotu kökləri üzərinə yarım stəkan 40 faizli spirt əlavə edilir, 3 gün dəmlənir, süzülür. Alınan cövhər damağa sürtülür.
- 1 filtr-bağlama aptek çobanyastığı çayı 100 ml suda dəmlənir və gün ərzində körpəyə içizdirilir.
1 xörək qaşığı adaçayı yarpaqları 1 stəkan qaynar suda 15-20 dəqiqə dəmlənir, gündə 2-3 dəfə 1 çay qaşığı içirilir. Sakitləşdirici kimi adaçayı dəmləməsini çimizdirmə suyuna da əlavə etmək olar.
Gələcək analara məsləhətlər
- Meyvə-tərəvəz, göyərti mineral və vitaminlərlə zəngin qidalar qəbul etmək.
- Kefir, kəsmik, qatıq, süd, küncüt kimi kalsiumla zəngin qidalarla üstünlük vermək.
- Vaxtaşırı stomatoloq müayinəsində olmaq.
- Hamiləlik zamanı sümük və dişlərin inkişafına ciddi zərər verdiyinə görə xüsusilə tetrasiklin qrupundan olan antibiotiklər qəti olaraq qəbul edilməməlidir!
Mənbə: Herba Flora jurnalı
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1320   Tarix: 02 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

turlar.az

qadın geyimi yaz geyimleri 2026 makiyaj etmek qaydalari ayaqqabı və çanta qəlyanaltılar dirnaq ucun maska soz ehtiyati artirmaq kosmetika gözəllik əqrəb sac modelleri bürclər qardasa aid haxistalar