Körpələrinizi süni qidalardan qoruyun

Körpələrinizi süni qidalardan qoruyunKörpə üçün ana südündən başqa digər xeyirli ikinci bir qida yoxdur. Amma bəzi analar müxtəlif səbəblərdən öz körpələrini süni qida ilə yedirirlər.
Ümumiyyətlə körpələrə 3 cür qida təyin edilir:
* təbii
* süni
* qarışıq.
Təbii qidalanma dedikdə ana südü ilə qidalanma nəzərdə tutulur. Bu cür qidalanma daha keyfiyyətli qida hesab edilir. Çünki ana südünün tərkibində körpənin normal və sağlam böyüməsi üçün lazım olan yağ, zülal, vitamin, duzlar var. Pediatrlar körpələrin sağlam böyüməsi və uşaq ölümünün azalması üçün ana südünün əvəzsiz bir nemət olduğunu vurğulayırlar. Çünki statistikanın hesablamalarına görə süni qidalarla böyüyən uşaqlar arasında uşaq ölümünün daha çox olduğu sübuta yetirilmişdir. Dünya pediatrları süni qida maddələrinin uşaqlar üçün təhlükəli olduğunu qeyd edir. Onlar ana südü ilə böyüyən uşaqların xəstəliklərə qarşı daha davamlı olduğunu hər dəfə qeyd edir və belə körpələrin gələcək həyatlarında da sağlam həyat tərzi yaşadıqlarını qeyd edirlər.
Süni qida ana südünü əvəz edə bilməmələrilə yanaşı, tərkiblərində zərrərli maddələrin olması ilə körpələrin həyatını risqə atır. Braziliyada aparılan araşdırmalar süni qidalarla qidalanan uşaqlar arasında ishal xəstəliyinin ana südü ilə qidalanan uşaqların sayından 17 dəfə, sətəlcəmin isə 6-8 dəfə artıq baş verdiyini sübut etmişdir.
Mütəxəssislər ana südü ilə böyüyən uşaqların böyüyəndə cəmiyyət üçün daha xeyirli bir insan olduqlarını da sübuta yetirməyə çalışmışlar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1619   Tarix: 15 iyun 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Bu qidalar prostat xərçəngi riskini artırır

Yeni araşdırma ultra-emal olunmuş qidaların yüksək miqdarda istehlakı ilə prostat xərçəngi riski arasında əlaqə olduğunu göstərib. -a istinadən bildirir ki, tədqiqata əsasən, bu cür qidaları daha çox qəbul edən kişilərd

.

100 yaşa qədər yaşamaq istəyənlər qəhvəni nə vaxt içməlidir? – Mütəxəssisdən tövsiyə

Uzunömürlülük üzrə mütəxəssis Den Byuttner qəhvə istehlakı ilə bağlı maraqlı məsləhətlər verib. xəbər verir ki, onun sözlərinə görə, qəhvədən maksimum fayda əldə etmək istəyənlər bu içkini günün ilk yarısında qəbul etməlidirlər

.

Dietoloqdan sərnişinlərə xəbərdarlıq: Təyyarədə bu içkiləri qəbul etməyin

Diyetoloq Andrea Matis təyyarədə uçuş zamanı bəzi içkilərdən uzaq durmağı tövsiyə edib. bildirir ki, bu barədə "Infobae" məlumat yayıb. Mütəxəssisin sözlərinə görə, alkoqol, qəhvə, çay və enerji içkiləri susuzluğ

.

Pis yuxu insan beynini qocaldır?

"Yuxu beynin təmizlənmə vaxtıdır. Heyvan modellərində göstərildiyi kimi, dərin yuxu zamanı beyin hüceyrələri arasındakı məsafə genişlənir və qlimfatik sistem adlanan axın gün ərzində yığılan metabolik tullantıları,

.

Zibil deyib atmayın, kilosu sərvət dəyərindədir

Trüfel göbələyi dünyada lüks restoranların böyük maraq göstərdiyi ən qiymətli qida məhsullarından biridir. -a istinadən bildirir ki, torpağın bir neçə santimetr dərinliyində yetişən və xüsusi təlim keçmiş itlərin köməyi il

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Kivini qabığı ilə yeməyin bu faydaları varmış

Kivinin lətli hissəsi C vitamini ilə zəngindir, həmçinin lif, kalium və K vitamini kimi vacib qida maddələri ehtiva edir. -a istinadən bildirir ki, kivini qabığı ilə birlikdə yemək orqanizm üçün daha çox fayda təmin edə bilər

.

Siqareti buraxanları ilk aylarda hansı dəyişikliklər gözləyir?

Ağciyərlərin bərpa müddəti siqaretdən istifadə illərindən və insanın ümumi sağlamlığından asılıdır. Bu proses bir neçə aydan bir neçə ilə qədər davam edə bilər. xəbər verir ki, siqareti dayandırdıqdan bir neçə saat sonr

.

Qarpızı çox yeməyin fəsadları

Yay aylarında süfrələrdən əskik olmayan qarpız yüksək su tərkibinə görə isti havalarda ən çox seçilən meyvələrdəndir. Lakin mütəxəssislər qarpızın da ölçülü şəkildə istehlak edilməsinin vacib olduğunu bildirirlər. xəbər veri

turlar.az

donlar 2026 sac duzumleri geyim və ayaqqabılar roya ayxan pirojna reseptləri islamda qadın yay geyim 2026 kosmetika haxisdalar cinsi orqazm həsən bəy zərdabi novruza aid hakista