Küçənin ortasında əyilib, ərinin ayaqqabısını sildi, paltarlarını... - Bakıda çəkilən FOTOLAR OLAY OLDU

Hər güclü bir kişinin arxasında, güclü bir qadın dayanır. Bu cümlə artıq bir klişeyə çevrilib.

Əfsuslar olsun ki, bu sözləri yuxarıdakı fotoda əks olunan qadına şamil etmək olmur...
Öncə məlumat verək ki, fotonu BiG.AZ redaksiyasına oxucumuz göndərib. Gördüyü mənzərədən yüngül affekt hal keçirən oxucu, şəkillərə belə şərh verib:

"Ötən gün belə bir hadisənin şahidi oldum. Küçədə bir kişi ayağını qaldırmışdı. Şəkildə gördüyünüz qadın isə müticəsinə onun ayaqqabılarını təmizləyib, şalvarını qaydaya salırdı. Ardınca kişi yüksək səslə, amiranə tərzdə " İndi o birisini!" – deyə, qadına digər ayağını silməyə göstəriş verdi".

Bəli, qadın-kişi münasibətləri bütün dövrlərdə və cəmiyyətlərdə həssas və aktual mövzu olaraq qalmaqdadır. Yəni heç kimə sirr deyil ki, dünyanın hətta ən inkişaf etmiş ölkələrində belə, qadına yanaşma fərqlidir.

Əvvəllər Azərbaycanda qadın-kişi bərabərsizliyi haqqında müzakirələrə cəmiyyətin problemi, çatışmazlığı kimi yanaşardım. Amma son illər belə qənaətə gəlmişəm ki, bu problemi, ümumiləşdirib, cəmiyyətin çatışmazlığı, qüsuru kimi qabartmaq heç də doğru deyil. Əlbəttə, bu danılmazdır ki, hətta inkişaf etmiş ölkələrdə belə qadınlar təcavüzə, cinayətə, şiddətə məruz qalır.

Bu məsələnin bir tərəfi. Digər tərəfdən isə etiraf etməliyik ki, dünyanın elə ölkələri var ki, el dili ilə desək, biz onların yanında toya getməliyik... Yəni zənnimcə, qadın özü imkan verməməlidir ki, onu evdə və cəmiyyətdə- iş yerində, dost-tanış, qohum-əqraba içində - bacarıqsız, qorxaq, ağlı dayaz kimi qəbul etsinlər. Qadın ilk növbədə özünə hörmət etməli, dəyər verməli, daim inkişafı naminə öz üzərində çalışmalıdır. Ki, güclü cinsin nümayəndəsi də onun dəyər və qiymətini bilsin. Çətinliklə üzləşəndə, ağıllı qadınından məsləhət alsın, ona güvənsin.
Əfsuslar olsun ki, Azərbaycanda əksər qadınların özləri haqqında formalaşdırdığı yanlış rəy nəticəsində digərləri bunun qurbanına çevrilir.
Qəribə olan odur ki, qadınların da bir çoxu cəmiyyətdə ikinci dərəcəli insan olmağı özlərinə yaraşdırır, onlara edilən anormal rəftarları normal qarşılayırlar. Bəzən olur ki, Azərbaycan qadını hətta həyatı ilə bağlı önəmli qərarı özü belə verə bilmir, fikir söyləmək hüququndan məhrum edilir. Çünki ona kimdənsə asılı vəziyyətdə yaşamaq daha rahatdır... Ailə qurmazdan öncə bu qərarları atası verir. Evlilik həyatında isə özünü ondan dəfələrlə ağıllı hesab edən əri... Çünki qadın bu vəziyyətə özü rəvac verib.

Yəni hər bir qadın ona veriləcək dəyəri, özü müəyyən edir.
Odur ki, gözəl qadın olmaq kifayət etmir. Gözəl qadın olub, lakin həyat yoldaşınız tərəfindən aşağılanırsınızsa, bəlkə günahı qarşı tərəfdə deyil, özünüzdə axtarasınız?! Bu haqda düşünməyə dəyər.
Küçənin ortasında əyilib, ərinin ayaqqabısını sildi, paltarlarını... - Bakıda çəkilən FOTOLAR OLAY OLDUKüçənin ortasında əyilib, ərinin ayaqqabısını sildi, paltarlarını... - Bakıda çəkilən FOTOLAR OLAY OLDUKüçənin ortasında əyilib, ərinin ayaqqabısını sildi, paltarlarını... - Bakıda çəkilən FOTOLAR OLAY OLDU

Xəbərlər     Baxılıb: 3600   Tarix: 21 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

yaz geyimleri 2026 gözəllik məhsulları geyim seçimi piodermiya nedir uz maskalari gözəl xanım bilinçik resepti kosmetika zehmet ve zinet vətən haqqında bayatı hakisdalar hakışda hakista sozler