Lamiyyədən Ağadadaşa cavab: "Ondan incidim, bilmədiyi şeyləri danışıb"

Lamiyyədən Ağadadaşa cavab: "Ondan incidim, bilmədiyi şeyləri danışıb"Teleaparıcı Lamiyyə Ələkbərqızı xalq artisti Ağadadaş Ağayevin onun barəsində səsləndirdiyi ittihamlara cavab verib.

Axşam.az-ın məlumatına görə, L.Ələkbərqızı "Ölkə.Az"a bildirib ki, xalq artistinin dedikləri tamamilə əsassızdır:

"Əvvəla, həmin konserti mənim işlədiyim telekanal çəkməyib. İyirmi üç ildir televiziyadayam və bunun on bir ilini Azərbaycan Dövlət Televiziyasında çalışmışam. Həmçinin on bir il "Lider" telekanalında işləmişəm, direktor müavini vəzifəsini icra etmişəm. İndi isə İctimai Televiziyanın Musiqi-əyləncəli və Xüsusi Layihələr departamentinin direktoruyam. Ağadadaş müəllim dəfələrlə verilişlərimdə qonaq olub, aramızda illərdir çox xoş münasibət var. O, mənim atam yaşındadır. Sənətkar ailəsində böyüdüyümdən nəinki ona, heç bir sənətkara, heç bir insana hörmətsizlik etməyim mümkün deyil".

Teleaparıcı xalq artistinin onu "xallı qız" kimi təqdim etməsinə də münasibət bildirib:

"İnsanın arıq, yaxud xallı olması ayıb deyil. Ayıb olan yalan danışmaq, olmayan şeyi deməkdir. Əslində, Ağadadaş müəllimin dedikləri mənim ona olan münasibətimi dəyişmir. Sadəcə, dediklərini onun adına, tituluna, sənətinə yaraşdırmadım. Orada əsas problem konserti bağlamaqla bağlı idi. Ancaq əminliklə deyə bilərəm ki, konsert günü nə Ağadadaş müəllimi, nə də onun oğlunu görmüşəm. Sadəcə, konsert bitəndən sonra oğlu "Xəzər" televiziyasının departament rəhbəri Kənan Bayramova və prodüser Rizvana yaxınlaşıb ki, axı biz burdaydıq. Çünki Ağadadaş müəllim orada maşından aşağı düşməyib ki, kimsə onu görsün. Halbuki konsert ərzində prodüser dəfələrlə onunla əlaqə saxlayaraq, səhnəyə dəvət edib".

L.Ələkbərqızı bildirib ki, A.Ağayevin ona zəng vurmasından da xəbərsizdir:

"Konsert günü telefonlarım bağlı olub. Deyim ki, mənim dörd nömrəm var və onun hansı nömrəmi yığdığını da bilmirəm. Ümumiyyətlə, konsert günlərində telefonlarımı bağlayıram ki, işimə mane olmasın. Bir daha deyirəm ki, ona qarşı münasibətim çox yaxşıdır. Allah canını sağ eləsin. Sənətkardır, xalq artistidir, atam yaşındadır. Amma mən ondan incidim. Bu şeyləri ona yaraşdırmadım. Ona hörmətsizlik etsəm, atama hörmətsizlik etmiş olardım. Tanıyanlar bilir ki, indiyədək kiməsə yalan danışmadım, kiminsə haqqında kiməsə yalan məlumat vermədim və bu, ola bilməz. Ağadadaş müəllim bilmədiyi şeyləri danışdı. Desin ki, onun barəsində kimə yalan məlumat vermişəm".

Qeyd edək ki, A.Ağayev Yeni Azərbaycan Partiyasının seçki kampaniyası çərçivəsində təşkil edilmiş konsertdə teleaparıcı Lamiyyə Ələkbərqızıyla problem yaşadığını bildirmişdi.

Xəbərlər     Baxılıb: 1581   Tarix: 30 aprel 2018
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

yaz geyimleri 2026 kosmetik vasiteler geyim və ayaqqabılar adət ənənələr əllərə qulluq magura geyim cinsi zəiflik kosmetika hakista novruz bayramına aid hakışda lakonizim statuslar qoğalın nağlı