Mədəniyyətli kimi göstərən bu hərəkət əslində damarları partlada bilər - Açıqlama

Mədəniyyətli kimi göstərən bu hərəkət əslində damarları partlada bilər - Açıqlamaİctimai nəqliyyatda, vacib görüşdə və ya insanların içində asqırmanı boğmaq mədəniyyətli hərəkət kimi görünə bilər. Ancaq bu, sağlamlıq üçün ciddi təhlükə yaradır.
Milli.Az xəbər verir ki, bu barədə oftalmoloq Gunva əl-Türk "gazeta"ya müsahibəsində xəbərdarlıq edib.
"Asqırıq sadəcə refleks deyil, orqanizmin mühüm müdafiə mexanizmidir. Asqırıq zamanı tənəffüs yollarında və udlaqda təzyiq kəskin artır, orqanizm güclü hava axınını kənara atmağa hazırlaşır. Əgər burun və ağız bağlanarsa, bu hava içəridə qalır və təzyiq qulaq, gözlər və selikli qişadakı xırda damarların üzərinə yönəlir.
Nəticədə qulaq pərdəsinin zədələnməsi, orta qulaqda infeksiya, baş ağrısı, qulaqda tutulma, hətta kiçik damarların partlaması mümkündür.
Pasiyentlər çox vaxt asqırmanı saxladıqdan sonra oftalmoloqa müraciət edir. Ən geniş yayılmış fəsadlardan biri subkonjonktival qanaxmadır. Məsələn, gözün ağ hissəsində parlaq qırmızı ləkənin əmələ gəlməsi. Bu, təzyiqin kəskin artması və xırda damarların partlaması nəticəsində yaranır", - deyə həkim vurğulayıb.
Adətən belə qanaxmalar görmə qabiliyyəti üçün təhlükə yaratmır, amma narahatlıq yaradır. Daha ağır hallarda isə tor qişada qanaxmalar ola bilər ki, bu da ciddi nəzarət və müalicə tələb edir.
"Asqırıq bədəni toz, allergen və mikroblardan qoruyan təbii mexanizmdir. Onu boğmaqla bu prosesi pozur və sağlamlığımızı riskə atırıq. Əgər vəziyyət həqiqətən tələb edirsə, ən yaxşısı ağız və burnu salfetlə və ya dirsəklə örtməkdir, amma havanın çıxmasına imkan vermək lazımdır", - deyə həkim fikrini yekunlaşdırıb.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1194   Tarix: 26 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

4 saatdan çox yol gedirsinizsə, bu təhlükə sizi gözləyir - Ölə bilərsiniz

Uzunmüddətli avtobus və təyyarə səfərlərinin artması hərəkətsiz qalmaqla bağlı sağlamlıq risklərini də gündəmə gətirir. Mütəxəssislər xüsusilə risk qrupunda olan şəxsləri diqqətli olmağa çağırır. xəbər verir ki, Trakya Universitet

.

Dabanınız çatlayırsa, bunu edin

Daban çatlaması həm estetik, həm də tibbi baxımdan narahatlıq yaradan geniş yayılmış dəri problemidir. Əksər hallarda dərinin quruması ilə başlasa da, vaxtında qulluq edilmədikdə ağrı, qanama və infeksiya riski yarada bilər

.

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır. Aparılan araşdırma nəticəsində məlum olub ki, müntəzəm qəhvə istehlakı əzələ itkisindən qoruyur. . -a istinadən qəhvənin 50 yaşdan yuxarı insanlarda əzələ itkisi prosesin

.

Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz

Stress gündəlik həyatda qarşılaşdığımız problemlərə və dəyişən şərtlərə orqanizmin verdiyi təbii reaksiyadır. xəbər verir ki, mütəxəssislərin fikrincə, stressi tamamilə aradan qaldırmaq mümkün olmasa da, müəyyən vərdişlə

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Gündəlik qəhvə içirsinizsə, bu məlumat sizi sevindirəcək

Qəhvə istehlakı ilə bədən quruluşu arasında əlaqəni araşdıran yeni elmi iş maraqlı nəticə ortaya qoyub. Məlum olub ki, daha çox qəhvə içən insanlarda bədən və qarın nahiyəsindəki yağ göstəriciləri daha aşağı ola bilər. xəbə

.

İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq

"İsti havadan kəskin soyuq havaya keçid, xüsusilə ürək-damar xəstəlikləri olanlar, meteohəssas insanlar, yaşlılar və tənəffüs sistemi problemləri (astma, bronxit) olan şəxslər üçün daha təhlükəlidir". xəbər veri

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Pilləkənlə qalxmağın faydaları – Sağlamlıq üçün təsirli vərdiş

Gündəlik həyatda lift əvəzinə pilləkəndən istifadə etmək fiziki aktivliyi artırmağın ən sadə yollarından biri hesab olunur. xəbər verir ki, mütəxəssislərin fikrincə, müntəzəm olaraq pilləkənlə qalxmaq ürək-damar sistemini

turlar.az

geyim dəbləri qis geyimləri 2026 kosmetik vasiteler qadin dunyasi kulinariya sellulit çanta qara qaragatin faydalari kosmetika bürclər haxisda həsən bəy zərdabi vətən şebnem tovuzlu