Mehriban Xanlarova Afaq Bəşirqızının müdafiəsinə qalxdı: "Ar olsun sizə!"

Mehriban Xanlarova Afaq Bəşirqızının müdafiəsinə qalxdı: "Ar olsun sizə!""Əskim tüstülüdür. Bir söz deyirəm, o dəqiqə hamı sözlərimi təhrif edib, özünə sərf edən şəkildə müzakirə etməyə başlayır. Amma birmənalı şəkildə sevimli sənətkarımız Afaq xanımın tərəfindəyəm".
Open.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib.
Sənətçi bir neçə gün öncə ARB TV-də yayımlanan "Elgizlə izlə" verilişinin canlı efirində Xalq artisti Afaq Bəşirqızının telefonda işlətdiyi qeyri-etik ifadələrə bu cür münasibət bildirib:
"Sosial şəbəkələri açırsan, hamı baltanı əlinə alıb. Bilib-bilmədən tənqid bir yana, təhqir edirlər. Elə söyüşlər yazırlar ki...Özləri hansı tərbiyədən, əxlaqdan, vicdandan danışırlar? Sosial şəbəkə izləyiciləri elə biədəb sözlər yazıblar ki, mən o sözləri dilimə gətirməyə utanıram. Bəsdirin, yetər artıq!
Kimin ixtiyarı var ki, xalqın sevimli sənətkarını gözdən salıb, nalayiq ifadələrlə təhqir etsin? Siz axı kimsiniz? Tənqid edə bilərsiniz, amma bir insanı bu dərəcədə təhqir etməyə icazə verilməyib. Ucundan tutub ucuzluğa gedirlər. Ar olsun sizə! Afaq xanım görkəmli sənətkarımızdır. Ən azından yaşına hörmət etməyi bacarın!"
Əməkdar artist qalmaqallı mövzu ilə bağlı fikirlərini tamamladıqdan sonra karantin günlərindən danışıb, küçəyə çıxmaq üçün SMS-lə verilən iki saatlıq icazənin yetərli olmadığını dilə gətirib:
"Hamı kimi mən də mümkün qədər özümü bu xəstəlikdən qorumağa çalışıram. Küçəyə çıxanda mütləq şəkildə maska, əlcək və spirtdən istifadə edirəm. Hər zaman yardıma ehtiyacı olan yaxınlarımın yanında olmuşam. Karantində də imkan daxilində çalışıram ki, köməyimi əsirgəməyim. Missiyamı bu günlərdə də davam etdirirəm. SMS-lə verilən iki saat icazə, inanın ki, mənə bəs etmir. İşləyən və gününü qaçhaqaçda keçirən insan üçün çox çətindir. Çətin olsa da, buna dözməliyik. "Biz bir yerdə güclüyük" və "Evdə qal" çağırışlarına da mən də qoşuluram. Hamıya da deyirəm ki, məcbur olmadıqca evdən küçəyə çıxmayın! Evdə qalın, sağlamlığınızı qoruyun!"

Şou Biznes     Baxılıb: 2247   Tarix: 23 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Ömürlük həbs hökmünün detalları açıqlandı

Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) qətlinə görə qızı Tuğyan Ülkem Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasının əsaslandırılmış qərarı açıqlanıb. Yalova Ağır Cinayətlər Məhkəməsini

.

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

.

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

.

Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto

Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. İfaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə

.

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

.

Röyanın adından dələduzluq - FOTO

Xalq artisti Röya Ayxanın adından dələduzluq edilib. Müğənninin Hollandiyanın Amsterdam şəhərində konsert verəcəyi ilə bağlı süni intellekt vasitəsilə hazırlanmış saxta afişalar paylaşılıb və həmin elanlar üzərindən bile

.

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

.

Məşhur aktyorun film çəkilişində bıçaqlı insident

Hollivud ulduzu Maykl B. Cordanın baş rolda çəkildiyi "Miami Vice 85" filminin çəkiliş meydançasında bıçaqlı insident baş verib. Hadisədən sonra bir nəfər saxlanılıb. Bu barədə "Habertürk" Nyu-York polisini

.

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib. Sənətçinin səhhətində problem yaranıb. İlkin məlumata əsasən, onun arterial təzyiqinin yüksəlib. Onun xəstəxanaya yerləşdirilməsinin dəqiq səbəbi hələlik məlu

turlar.az

yemek reseptleri geyim necə seçməli toy makiyajlari kətə xiyar turşusunun hazırlanması qis geyimleri seks pozalari kosmetika burcler rəksanə baliq burcu masqalar usaq seirleri