Mehriban Xanlarovanın qızı onunla barışmaq üçün efirə gəldi
Əməkdar artist Mehriban Xanlarova "Günə Uğurla" verilişində qonaq olub.
azxeber.com xəbər verir ki, aktrisanın övladlığa götürdüyü bacısı qızı və uzun zamandır küsülü olduğu Aysel də anası ilə barışmaq üçün studiyaya gəlib.
Aktrisa qızını göz yaşları ilə qarşılayıb:
"Onu mən böyütmüşəm. Qəyyumluğa belə götürmədim, qızım kimi bağrıma basdım. Bunu hamı bilir. Peşman olsam da bir işə yaramaz artıq. Onun atdığı bəzi addımlar səhv oldu. Mən də ondan üzümü döndərdim amma küsməmişəm. Mən qışqıraram, səsimi ucaldaram, baş götürüb gedərəm, amma tərk etmərəm. Mən tək ona yox, onun altı uşağına da anayam".
Xatırladaq ki, Əməkdar artist Mehriban Xanlarova övladlığa götürdüyü bacısı qızı Ayseldən imtina etmişdi. Buna səbəb isə qızının ona "Sən uşaqlarımın nənəsi yox, nənəliyisən" deməsi olmuşdu. Aktrisa qızına ölsə belə məzarına gəlməməsini demişdi.
Aysel
Aysel









Hakışta
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Bu qidalar beyin damarlarına zərər verə bilər
Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın