Məlahət Abbasova Türkiyədə "Əməyə hörmət" mükafatına layiq görülüb

Məlahət Abbasova Türkiyədə Türkiyədə keçirilən HAK-İŞ Konfederasiyasının 14-cü Beynəlxalq Qısametrajlı Film Müsabiqəsinin mükafatları sahiblərinə təqdim edilib. Mükafatçılar arasında Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova da var. Tədbirə fəxri qonaq qismində dəvət olunan Məlahət Abbasova "Əməyə hörmət" mükafatına layiq görülüb.
Bununla bağlı AZƏRTACA-a açıqlama verən Məlahət Abbasova belə bir tədbirə fəxri qonaq qismində dəvət almasından böyük xoşbəxtlik hissi keçirdiyini bildirib.
"Müsabiqəyə dünyanın fərqli bölgələrindən dörd mindən çox film təqdim edilmişdi və Almaniyada yaşayan azərbaycanlı rejissorun çəkdiyi film üçüncü yerə layiq görüldü. Təbii ki, bir azərbaycanlı olaraq bu hər birimiz üçün də qürurvericidir. Bununla yanaşı Azərbaycan sənətçisi olaraq belə bir mükafata layiq görülmək, eyni zamanda bu mükafatı Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun təqdim etməsi məndə ikiqat fəxarət hissi oyatdı. Bu müsabiqə hər ilin dekabr ayında keçirilir və fikrimcə daha çox azərbaycanlı rejissor burada iştirak etməlidir. Gələnilki tədbirdə çox sayda filmimizi bu müsabiqədə görəcəyimə ümid edirəm",- deyə aktrisa bildirib.
Tədbirdə çıxış edən Hak İş Konfederasiyasının rəhbəri Mahmut Arslan mədəniyyət və incəsənət fəaliyyətlərinin birlik hərəkatına yeni baxış gətirdiyini, qısametrajlı film müsabiqəsinin bu yanaşmanın mühüm tərkib hissəsi olduğunu bildirib.
Qeyd edək ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ənənəvi olaraq keçirilən, HAK-İŞ-in 50 illik əmək və mübarizə yolunun mədəniyyət sahəsindəki önəmli addımlarından biri olan beynəlxalq müsabiqədə bu il 118 ölkədən 4 min 106 film istehsalçısı və rejissor iştirak edib.
Builki müsabiqədə yerli kateqoriya üzrə birincilik "Bozkırda Bir Adam Doğan" filmi ilə Enes Sirkeci, beynəlxalq kateqoriyada isə "Qırmızı Kod" (Code Red) filmi ilə İrandan olan Mınoo Taheri və Majid Azizi layiq görülüblər.
Tədbir azərbaycanlı balaban ifaçısı Nicat Məsimovun təqdimatında bədii hissə ilə davam edib.
Mərasimdə dövlət, özəl sektor təmsilçiləri, Həmkarlar İttifaqı nümayəndələri, siyasətçilər, QHT rəhbərləri, elm-mədəniyyət xadimləri və mətbuat nümayəndələri iştirak ediblər.
Məlahət Abbasova Türkiyədə Məlahət Abbasova Türkiyədə Məlahət Abbasova Türkiyədə Məlahət Abbasova Türkiyədə Məlahət Abbasova Türkiyədə Məlahət Abbasova Türkiyədə Məlahət Abbasova Türkiyədə / azxeber.com

Şou Biznes     Baxılıb: 975   Tarix: 07 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

.

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

.

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke

.

Azərbaycanlı musiqiçi intihar edib

Azərbaycаnlı musiqiçi İlham Razin vəfat edib. Bu haqda klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu məlumat yayıb. Hüseyn bir neçə gün əvvəl qoşanağara ifaçısı olan İlham Razinin intihar etdiyini və onun maddi yardıma ehtiyacı olduğun

.

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

.

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. Məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbi

.

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

.

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

.

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

turlar.az

qadin sayti hamiləlik aksessuarlar cantalar 2026 vegetativ sinir sistemi sifahi xalq ədəbiyyatı növləri infarkt elametleri kosmetika ikizler englishdilində qulaq fitat gozde olar tərəzi