Mənəvi cəhətdən ən güclü və ən zəif bürclər hansılardır?

Mənəvi cəhətdən ən güclü və ən zəif bürclər hansılardır?Qəribədir, amma bəzi bürclər özünəinamı, cəsarəti ilə digər zodiak işarələrindən qətiyyətlə seçilir.

Qadinsayti.az Publika.az-a istinadən bu dəfə oxucuları ən güclü zodiak işarələri ilə tanış edib. Əlbəttə ki, söhbət fiziki deyil, mənəvi gücdən gedir.

Hava ünsürü

Dolça
Hava ünsürünün ən güclü bürcü Dolçadır. Xəyalpərəstliyə meylli olmasına və yüksək ideallara can atmasına baxmayaraq, bu zodiak işarəsi həyatda istənilən çətinliklərə tab gətirməyə qadirdir.

Tərəzi
Mənəvi gücünə görə ikinci yerdə Tərəzilər gəlir. Bu bürcün nümayəndələri əslində, göründüyü kimi zəif deyil, amma onların işlərini sona qədər çatdırmamaq kimi pis vərdişləri var. Onlar həvəs və arzularından, eyni zamanda məqsədlərindən çox tez vaz keçirlər.

Əkizlər
Hava ünsürünün ən zəif bürcü Əkizlərdir. Bu bürcün nümayəndələri fikrini bir işdə cəmləşdirə bilmədiyi üçün tez-tez kənar dəstəyə ehtiyac duyur. Əkizlər problemlə üzləşəndə dərhal təşvişə düşür və digər insanlardan yardım istəyirlər.

Od ünsürü

Oxatan
Od ünsürünün ən güclü nümayəndəsi Oxatandır. Bu zodiak işarələrinin nümayəndələri heç vaxt ruhdan düşmür və istənilən şəraitdə xoş əhval-ruhiyyəni qorumağa çalışırlar. Onlar emosiyalarını nəzarətdə saxlamağı bacarır, təxribatlara uymur və həmişə öz fikirləri ilə hərəkət edirlər. Onların gücü nikbinlik və geniş düşüncəli olmalarındadır.

Şir
İkinci yerdə Şir bürcləri gəlir. İlk baxışda bu bürcün nümayəndələri güclü və əzmkar görünür. Amma onların əksəriyyəti ətraf mühitin fikrindən asılı vəziyyətdədir. Şirlərin daim tərifə və dəstəklənməyə ehtiyacı var. Əgər bu olmasa, onlar özlərini asa bilər.

Qoç
Od ünsürünün ən zəif nümayəndəsi Qoç bürcüdür. Onlar çox aktiv, işgüzar olmasına baxmayaraq, həm də çox həssasdır. Bu zodiak işarəsi emosiyalarına nəzarət edə bilmir, onların qəlbini yaralamaq çox asandır. Həssaslıq Qoçları bəzən ağılsız hərəkət etməyə sövq edir və bu da onları müşkül vəziyyətı salır.

Torpaq ünsürü

Oğlaq
Oğlaqlar torpaq ünsürünün ən güclü nümayəndəsidir. O, israrlı, qətiyyətli və özünəinamlıdır. Bu bürcün xətrinə dəymək çətindir. Hətta hər şey pis olsa belə, o, kiçik və ləng addımlarla hədəfə doğru gedəcək. Onları fikrindən daşındırmaq mümkün deyil.

Qız
Torpaq ünsürünün başqa bir nümayəndəsi - Qız bürcü mənəvi gücünə görə ikinci yerdədir. Onlar adətən güclü insan təsiri bağışlayır, lakin bəzən dünyanı olduğu kimi qəbul edə bilmir və bu zaman hər şeyi öz axarına buraxır...

Buğa
Buğa bürcü torpaq ünsürünün ən zəif nümayəndəsidir. Bu bürclər dəyişiklikləri sevmirlər. Onlar bütün həyatını rahat və xoşbəxt yaşamaq istəyir, planları alt-üst olduqda isə özlərini müdafiəsiz hiss edirlər.

Su ünsürü

Balıq
Su ünsürünün ən güclü nümayəndəsi Balıq bürcüdür. Bundan əlavə, onlar nəinki su ünsürü, həm də digər bürclər arasında mənəvi cəhətdən ən güclü zoidak işarəsidir. Bu, bir qədər qəribə görünə bilər. Axı, Balıqlar adətən real aləmdən çox uzaqlarda, xəyallar dünyasında yaşamağa üstünlük verir. Əslində, onların gücü elə bundadır. Fədakar Balıqlar bütün çətinliklərə uzun müddət dözə və ümidini itirmədən hər şeyin düzələcəyini gözləyə bilərlər. Bu cür düşünmək Balıqlara öz xoşbəxtliyi uğrunda sona qədər mübarizə aparmaqda kömək edir.

Əqrəb
Əqrəb bürcləri Balıqlar kimi olmasa da, mənəvi gücünə görə onlardan sonra ikinci yerdə gəlir. Onun zəifliyi ondadır ki, o, uzun müddət bütün emosiyalarını hamıdan məharətlə gizlədə bilər. Lakin ürəyində saxladığı problemlər onları daxildən yeyib-bitirəcək, dolayısı ilə onları daha zəif və gücsüz edəcək.

Xərçəng
Öz ünsürünə görə, Xərçənglər ən həssas bürcdür. Bu zodiak işarəsi çox tez özlərinə qapılır. Onlar daim mənəvi dəstəyə və yardıma ehtiyac duyur. Əgər onların yanında heç kim olmasa, Xərçənglər bunu uğursuzluq əlaməti kimi qəbul edəcək və depressiyaya düşəcəklər.

Maraqlı     Baxılıb: 6836   Tarix: 14 iyul 2016
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

31 yaşlı xanım prorektor təyin olundu - Nazirdən əmr

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni prorektor təyin olunub. xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Nigar Adilova ali məktəbin Beynəlxalq əlaqələ

.

Alimlər mat qaldı: bəzi heyvanlar hər gün spirt içir

Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər. -a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb. Exeter Universitetinin britaniyalı alimlər

.

ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. xəbər verir ki, bu barədə universitet məluma

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

.

Cinsi əlaqə zamanı nə etmək lazımdır?

İdeal cinsi münasibətlər üçün bir sıra tövsiyyələr:. Qadının cinsi yoldan doyuma çata bilməsi üçün romantik istiqamətdə sevildiyinə, qiymətli olduğuna və arzulandığına inanması lazımdır. Bu kişinin gözlərində, sözlərində

.

Yuxuda xəstəxana görən insanlar əslində şanslı imiş - Səbəb...

Yuxuda xəstəxana görmək, insanın həm bədənlə, həm də ruhən inkişaf edəcəyinin göstəricisidir. Eyni zaman xəstəxana təmiz və təravətli isə bütün işləriniz yoluna girər. Yuxuda xəstə görmək isə iş yerimnizi dəyişdirməyinizi

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

turlar.az

aksessuarlar gozel gorunmek maskalar sağlam ol şirniyyat və tortlar qısa saçların yığılması maraqli sitatlar kosmetika bayatilar qadin saglamlig novruz hakısdası prostat ginekoloq