Məşhur ağrıkəsici istifadəçilərinə xəbərdarlıq: İnsult riskini artırır
Tibbi araşdırmalar göstərir ki, parasetamolu tez-tez istifadə edən şəxslərdə ürək xəstəlikləri və insult kimi ölümcül xəstəliklərin riski arta bilər.
Parasetamol, adətən ibuprofen kimi steroid olmayan iltihab əleyhinə dərmanlara (NSAİİ) nisbətən daha təhlükəsiz hesab olunsa da, 2022-ci ildə aparılan tədqiqat göstərib ki, parasetamolun qan təzyiqinə təsiri bu dərmanlarla oxşardır. Bu dərmanların qan təzyiqini yüksəltdiyi və ürək xəstəliyi riskini artırdığı əvvəldən məlumdur.
Mütəxəssislər bildirir ki, müntəzəm parasetamol istifadəsi nəticəsində qan təzyiqində artım ürək xəstəliyi və insult riskini 20%-ə qədər artırır. Buna görə, xroniki ağrı müalicəsində istifadə olunan bu dərmanı uzun müddət qəbul edən xəstələrə ən aşağı effektiv doza ilə və qısa müddətdə istifadə etmələri tövsiyə olunur.
Edinburgh Universitetinin Klinik Farmakologiya professoru James Dear deyib:
"Bu tədqiqat göstərir ki, dünyanın ən çox istifadə olunan dərmanı olan parasetamol qan təzyiqini yüksəldir. Yüksək təzyiq isə ürək infarktı və insult üçün əsas risk faktorudur."
Professor həmçinin vurğulayıb ki, xüsusilə ürək-damar xəstəlikləri riski yüksək olan şəxslərdə dərmanın faydası və riski diqqətlə qiymətləndirilməlidir:
"Parasetamol ilə yalnız iki həftəlik müalicə belə yüksək təzyiqli xəstələrdə qan təzyiqini artıra bilir."
Lalə Qüdrətova
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Röyanın adından dələduzluq - FOTO