Məşhur aktrisa Pərvin Əbiyeva "Elə olur ki, evə 1 sutkadan sonra gəlirəm"
Ötən gün "5-də 5" verilişinin qonağı Azərbaycanın tanınmış aktrisası Pərvin Abıyeva olub.
Xanim.az qafqazinfo-ya istinadən xəbər verir ki, Pərvin verilişdə maraqlı açıqlamaları ilə yadda qalıb.
O, aparıcı Zaur Kamalın evə gec gəlməsi barədə verdiyi sualı belə şərh edib:
"Elə olur ki, evə 1 sutkadan sonra gəlirəm. Gecə 3-də evə gəldiyim vaxtlar da olub. Hətta 4 sutka yatmadan çalışmışam, çəkilişlərdə olmuşam. 6 ildir ki, həmin binada yaşayıram. Heç qonşularımı tanımıram. Ev mənim deyil? Heç gəlməyə də bilərəm. Bundan başqa, maşınım barədə sual verirsiz. Maşınımın bahalı olması kimə maraqlıdır? Mən kimdənsə soruşuram ki, necə yaşayırsan?"
Proqram bitəndən sonra Abıyeva İnstaqramda onu tənqid edənlərə cavab verib:
"Yazılan rəylərdə yazırsız ki, yekəxanayam, özümü dartıram. Bəli, mən beləyəm. Məni sevən belə də sevəcək, sevməyən isə nə qədər sadə olsam, ürəyimi çıxarıb versəm, yenə bir mız tapacaq. Həmin insanlar pisliyindən qalmayacaq. Çalışın ki, öz həyatınızı yaşayın. Və yaxud, yaşamağı öyrənin. Həyata bircə dəfə gəlirsiz. Bunu dəyərləndirməyi bacarın".
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin