Məşhur ürək həkimindən ŞOK SÖZLƏR: "Məhəmməd peyğəmbərin zamanında olsaydı..."

Məşhur ürək həkimindən ŞOK SÖZLƏR: "Professor, doktor Canan Karatay şəkərli və qazlı içkilərin qaraciyərdə yağlanmaya səbəb olduğunu bildirib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, tanınmış kardioloq "Əsl tibbin 10 şifrəsi" adlı konfransda sağlam qidalanmanın sirlərindən danışıb. Karatay hesab edir ki, şirin sular və qazlı içkilər Həzrəti Məhəmməd peyğəmbərin zamanında olsaydı, onları haram məhsullar siyahısına daxil edərdi.
Canan Karatay ABŞ-da yaşayan dünyaca məşhur həkim Mehmet Özün "Yapon badımcanı möcüzədir" açıqlamasını tənqid edib və sözlərinə bunları əlavə edib: "Səhhətimizin durumu öz əlimizdədir. Çünki orqanizmin necə işlədiyini biləndə, problemləri həll edirik. ABŞ-da yaşayan məşhur ürək cərrahımız yapon badımcanını möcüzə adlandırıb. Bunların heç bir sübutu yoxdur. Möcüzə deyilən mövhum yoxdur. Ərzaqdan və bitkilərdən möcüzə olmaz. Hamısı yalandır və hamısı ticarətdir, xəbəriniz olsun. Ürək həkimi və daxili xəstəliklər professoru olaraq onu deyə bilərəm ki, insan orqanizmi sağlam olduğu və hüceyrələr normal çalışdığı müddətdə möcüzəyə ehtiyacınız qalmır".
Professor spirtə bağlı olmayan qaraciyər yağlanması haqqında da məlumatlar verib. O, çıxışında bildirib ki, artıq 10 yaşlı uşaqların qaraciyərində yağlanma var: "Mən 51 ildir həkiməm. Əvvəllər həqiqətən də pivə və spirtli içkilərdən çox istifadə edənlərin qaraciyəri yağlanardı. Amma indi 10 yaşlı uşaqların da qaraciyərində yağlanma var. 10 yaşlı uşaqlar alkoqol qəbul etmirlər. Şirin sular və qazlı içkilər içirlər. 1-2 yaşından etibarən uşaqlarda qazlı içkilərə qarşı asılılıq yaranmağa başlayır. Qazlı içkilər və şirin sular Həzrəti Məhəmməd peyğəmbərin zamanında olsaydı, onların haram olduğunu deyərdi. Bəziləri "Uşaqlarımıza C vitamini verməyək" sualları ilə şikayət edir. İllərlə meyvə sularının C vitamini mənbəyi olduğu deyilir. Xalqımız da həm uşaqlarına meyvə sularını verir, həm də özləri içir və nəticədə, qarınları yağlanır.
Şəkərlər və hər növ un məhsulları orqanizmdə yağ anbarı yaradır. Hər cür çörəklər və hər cür şirin maye içkilər də triqliseridləri yüksəldir. Bunlar bədənimizdə yağ kimi toplanır, dolayısı ilə xəstəliklərin əsası qoyulmuş olur. Gözdə katarakt, iflic, beynində emboliya, ürək xəstəlikləri, ağciyər xəstəliklərinə səbəb olur. Ayaqlarda diz ağrıları, varikoz xəstəlikləri, dəri xəstəlikləri və döş xərçəngi, uşaqlıq yolu xərçəngi, prostat xərçəngi, sidik kisəsinin xərçəngi, yemək borusu xərçəngi və qaraciyər xərçənginə səbəb olur.
Bunların hamısını düzəltmək və qarşısını almaq öz əlimizdədir. Heç biri genetik deyil".
Milli.Az

Xəbərlər     Baxılıb: 1884   Tarix: 19 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

turlar.az

qadin dunyasi gozel gorunmek makiyaj etmek qaydalari tarixdə iz qoyanlar sevişmə payız xəstəlikləri sağlam qida kosmetika burcler haqqinda yemek reseptleri rus dili 2ci ders xerçeng birlik haqqinda