Müğənni Gülay Zeynallı avtomobil qəzası keçirdi: "Dəli oldum, elə bildim maşın partladı"
Müğənni Gülay Zeynallının başına iş gəlib.
Xanim.az xəbər verir ki, bu haqda Yenicag.az-a açıqlama verən müğənni qəza keçirtdiyini deyib:
"Bu yaxınlarda təzə avtomobil aldım. Sevincimi bölüşmək üçün yaxın dostlarımla yığışıb, gəzməyə getdik. Evə qayıdanda birdən avtomobildən partlayış səsi gəldi. Dəli oldum, elə bildim maşın partladı. Bir də gördüm ki, "partpires" qırıldı, şüşələr üstümə dağıldı. Cana gələn mala gəlsin, şükür ki, xəsarət alan olmadı, təkcə maddi ziyana düşdük. Bədnəzərə, pis nəfsə çox inanıram. Bilirəm ki, gözə gəldim, yeni avtomobilin bir xətası olmalıydı".
Gülay bədnəzərdən qorunduğunu da deyib:
"Bu həyatda pis nəfsdən betər heç nə yoxdur. Yeni bir iş gördüyüm ərəfədə bunu kiməsə desəm, o saat işlərim geri gedir, planlarım pozulur. Buna görə də heç vaxt planlarım barədə qabaqcadan danışmıram. Bununla da bədnəzərdən qorunuram".
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin