"Müğənni ilə ailə qurmağı heç vaxt arzulamırdım" - Xoşqədəm
"Heç vaxt düşünmürdüm ki, müğənni ilə ailə quraram".
Xanim.az-ın məlumatına görə, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Hər şey daxil" verilişində deyib.
Türkiyəli sənətçi Doğuşla ailəli olan aparıcı bildirib ki, heç vaxt müğənniyə ərə getmək arzusu olmayıb:
"Şou-biznesdə düşmənim yoxdur, amma onlarla dostluq etmirdim. Demirəm müğənnilər pisdir. Sadəcə, istəmirdim, deyirdim, mənlik deyil. Müğənni ilə ailə qurmağı arzulamırdım. Başqa şeylər xəyal edirdim. Nə yaxşı Doğuş kimi insanla ailə qurdum. İnsan kimi bir adamdır.
Əvvəl deyirdim ki, pulu ancaq müğənnilər qazanır. Baxırdım ki, hamısı 200 minlik maşın sürür. Deyirdim, bütün günü ölümlə üz-üzə gəlirəm, çəkilişlərə gedirəm, amma qazanmıram. Müğənnilər isə fonoqramı qoyur və müftə pul gəlir. Sonra Doğuşun Almaniya konsertindəki həyəcanını görüb, onların çətin qazanc əldə etdiyinin şahidi oldum".
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin