Nazir məişət zorakılığına məruz qalan şəxslərə göstərilən sosial xidmətlərlə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlikdəki müvafiq komissiya tərəfindən qeyri-dövlət mərkəzi kimi akreditasiya olunmuş "Təmiz Dünya" Qadınlara yardım İctimai Birliyi tərəfindən məişət zorakılığından zərər çəkmiş şəxslərə göstərilən sosial xidmətlərlə tanış olub.

Xanim.az xəbər verir ki, tədbir zamanı nazir Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial siyasət kursuna uyğun olaraq, ölkədə sosial xidmətlər sisteminin də əhatə dairəsinin getdikcə genişləndiyini vurğulayıb: "Hazırda "Sosial xidmət haqqında" Qanuna əsasən xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti və onlara qulluq göstərə biləcək əmək qabiliyyətli qohumları olmayan şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar, müəyyən yaşayış yeri olmayanlar və digər qruplarla yanaşı, məişət zorakılığından zərər çəkənlər də sosial xidmətlərlə təmin edilirlər".

S.Müslümov qeyd edib ki, hazırda 1100 nəfərdən çox şəxsə sosial xidmət müəssisələrində stasionar şəraitdə, 11,2 min nəfər tənha ahıl və əlil şəxsə evlərində səyyar formada sosial xidmətlər göstərilməklə, həmçinin nazirliyin sosial sifarişləri üzrə ixtisaslaşmış QHT-lər tərəfindən sosial xidmət layihələri həyata keçirilir: "2013-cü ildə 30 belə layihə icra olunubsa, cari ildə onların sayı 70-i ötüb.

Nazir diqqətə çatdırıb ki, məişət zorakılığından zərər çəkənlərə də qeyri-dövlət yardım mərkəzləri tərəfindən ehtiyac duyduqları xidmətlər göstərilir, habelə onların sığınacaqla təminatı həyata keçirilir: "Həmin qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki müvafiq Komissiya tərəfindən həyata keçirilir. Bu Komissiya əmək və əhalinin sosial müdafiəsi, daxili işlər, ədliyyə, səhiyyə və təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşlarından ibarətdir. Akkreditasiya olunmaq üçün Komissiyaya müraciət edən təşkilatların müvafiq sahədə təcrübəyə, maddi-texniki bazaya və işçi potensialına malik olmalarına xüsusi diqqət yetirilir və bu meyarlara cavab verənlərin akkreditasiyası təmin edilir. Onlar məişət zorakılığının mənfi hüquqi, tibbi və sosial nəticələrinin aradan qaldırılması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, onların hüquqi yardımla təmin edilməsi istiqamətində fəaliyyət göstərirlər".

S.Müslümov "Təmiz Dünya" Qadınlara yardım İctimai Birliyinin də 2013-cü ildə akkreditasiyasının həyata keçirildiyini və hazırda öz fəaliyyət sahəsində müsbət iş təcrübəsi ilə seçildiyini bildirib: "Son illərdə həmçinin bu təşkilat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında sosial xidmət layihəsi də icra edib və məişət zorakılığından zərər çəkən uşaqlara həmin layihə çərçivəsində reabilitasiya yönümlü sosial xidmətlər göstərib".
Tədbir zamanı "Təmiz Dünya" Qadınlara yardım İctimai Birliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki müvafiq müəssisələrlə, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyi də qeyd olunub.

İctimai Birliyinin sədri Mehriban Zeynalova təşkilatın fəaliyyəti barədə məlumat verib. O, təşkilatın məişət zorakılığından zərər çəkmiş qadın və uşaqların müdafiəsi, həmin insanların zəruri sosial xidmətlə, hüquqi, tibbi, psixoloji yardımla, sığınacaqla təmin edilmələri və s. istiqamətlərdə gördüyü işləri diqqətə çatdırıb. M.Zeynalova aparılan işlərin davamı kimi, cari ildə "Təmiz Dünya" Qadınlara yardım İctimai Birliyi tərəfindən məişət zorakılığına məruz qalmış 119 qadının və 115 uşağın sığınacaqla təmin edilərək onlara zəruri yardımların göstərildiyini bildirib.

Tədbirdə İctimai Birlik tərəfindən məişət zorakılığından zərər çəkmiş qadın və uşaqlara göstərilən xidmətlər nəzərdən keçirilib, bir sıra tövsiyələr verilib. Eyni zamanda bu sahədə işin səmərəliliyinin artırılması üçün dövlət tərəfindən belə sığınacaqların açılmasının, qeyri-hökumət təşkilatlarının isə daha çox ilkin müraciətləri qəbul edərək, müvafiq şəxslərin həmin sığınacaqlara yönləndirilməsi funksiyalarını yerınə yetirməsinin məqsədəuyğunluğu barədə təkliflər səsləndirilib.
Nazir məişət zorakılığına məruz qalan şəxslərə göstərilən sosial xidmətlərlə tanış olub - FOTOLARNazir məişət zorakılığına məruz qalan şəxslərə göstərilən sosial xidmətlərlə tanış olub - FOTOLARNazir məişət zorakılığına məruz qalan şəxslərə göstərilən sosial xidmətlərlə tanış olub - FOTOLARNazir məişət zorakılığına məruz qalan şəxslərə göstərilən sosial xidmətlərlə tanış olub - FOTOLARNazir məişət zorakılığına məruz qalan şəxslərə göstərilən sosial xidmətlərlə tanış olub - FOTOLAR

Xəbərlər     Baxılıb: 1647   Tarix: 13 dekabr 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

həkim məsləhəti geyim şəkilləri geyim seçimi hamilə geyimləri kosmetika milli geyimlər seks haqqinda kosmetika burclerin uygunlugu kondom nedir vətən həsrətinə aid bayatılar uşaq şeirləri gözəllik