"Oğlumun dostuyla yatmışdı, şəkilləri internetdə yayılmışdı..." - Susannanın intiharının ŞOK TƏFƏRRÜATI

"Oğlumun dostuyla yatmışdı, şəkilləri internetdə yayılmışdı..." - Susannanın intiharının ŞOK TƏFƏRRÜATIBir neçə gün öncə yaşadığı binanın balkonundan özünü ataraq intihar etmiş Bakı şəhər sakini Susana Şərifovanın qayınanası - şairə, Yazıçılar Birliyinin üzvü Simuzər Nüsrətbəyli ölkə.az-ın suallarını cavablandırıb. Qeyd edək ki, S.Çərifovanın həyat yoldaşı Əbülfəz Baxşıyev hadisəylə bağlı saxlanılıb.

- Simuzər xanım, oğlunuzla Susana Şərifovanın vətəndaş nikahında yaşamağından xəbəriniz var idi?

- Bəli.

- Neçənci ildən birlikdədirlər?

- İki il övladları olmadı, böyük qızlarının altı yaşı var.

- Niyə rəsmi nikah olmayıb?

- Kəbinləri var. Amma tutarlı səbəblərə görə nikah olmayıb. Mənimçün nikahın marağı yox idi. Gəlinim idi, evimdə yaşayırdı, hər şeyim onun olub, güldən ağır söz deməmişəm, ana olmuşam, qayınana yox. Allah ona rəhmət eləsin. Kaş özü sağ olaydı və danışan insanların cavabını özü verəydi. Susasanın psixoloji problemi vardı. Əbülfəz isə ali təhsilli oğlandır. Yazırlar ki, guya narkoman olub. Onlar bir-birini çox seviblər. İki balaları var. Kiçik qızlarının mayın 28-də yeddi ayı tamam olacaq. O belə hərəkət edəndə Əbülfəz başını divarlara vururdu, şokdaydı.

- Hadisə baş verən vaxt siz evdə idiniz?

- Bəli, evdəydik. Əbülfəs o biri otaqdaydı, mən orta otaqda. Bir də gördüm ki, Susana balkonun o biri tərəfinə keçib və oradan sallanıb. Əliylə taxtadan yapışmışdı. Görən kimi şoka düşdüm, hələ də özümə gəlməmişəm.

- Psixoloji pozuntusunun olduğunu bildirdiniz. Məsələn, qeyri-adi hansısa hərəkətlər edirdi?

- O saçını ülgüclə keçəl eləyirdi. Deyirdi ki, belə xoşuma gəlirdi. Evdən tez-tez qaçırdı. Neçə dəfə balkondan özünü atmaq istəyəndə oğlum onu saxlayıb. Əbülfəz qorxudan qapıları bağlayırdı ki, o, özünü ata bilər. Mənim yeganə səhvim odur ki, Susananı psixoloqa aparıb, kağız almamışam.

- Neçənci mərtəbədən atıb özünü?

- Üçüncü mərtəbədən. Yaxınlaşdım, yalvardım ki, Susana, özünü atma, balalarına yazığın gəlsin.

- Nə əcəb siz Susanayla danışdığınız müddətdə oğlunuz gəlib onu xilas etmədi?

- Oğlum yaxınlaşmağa qorxurdu ki, birdən özünü atar. Elə yerdə dayanmışdı ki, ona yaxın getməyə qorxurduq. Oğlum balkonun altına qaçdı ki, özünü atanda tutsun. Amma çatdırmadı. İnsanlar da yığışıb videoya çəkirdilər. Beş-altı kişi yığışıb onu tuta bilərdi də. Amma etmədilər. Sosial şəbəkədə ağızlarına gələni yazanlar, Susananı xilas edə bilərdilər.

- Gəlininiz neçə yaşı var idi?

- Oğlum 1978-ci, gəlinim 1986-cı ildəndir.

- Bildirilir ki, əbülfəz Susananı döyürmüş.

- Belə şey olmayıb. Onlar bir-birini seviblər. Bal aylarını Avropada keçiriblər, bir il orada yaşayıblar. Böyük qızları da orada doğulub.

- Susana işləyirdi?

- Əvvəl oğlum işləməyinə icazə verirdi, sonra yox. Bacıları onun psixologiyasına mənfi təsir göstərirdilər. Belə şeyləri açıq danışmaq olmur da. Susananın bacısı mənim oğlumun masajçı dostuyla intim əlaqədə olmuşdu. Susana onu eşidəndə çox pis olmuşdu. Adətən masajçılar öz işlərini görürlər, başqa niyyətləri olmur. Oğlum onu döymürdü, sadəcə bacılarıyla münasibətinə icazə vermirdi. İndi bacısı Əminə Susananın sinəsi açıq fotolarını paylaşır. Oğlum o fotoları görsə, başını divarlara vurar.

- Bu söhbətin üstü necə açılmışdı?

- Oğlumun dostu bildirdi ki, mən öz işimi görürdüm, başqa niyyətim yox idi. Amma o məni intim münasibətə məcbur elədi. Susana da həmin bacısıyla-Əminəylə çox yaxın idi. Lazım olsa, Əbülfəzin dostunu məhkəməyə də gətirdəcəm. İndi Əminə yazır ki, Simuzər xanımla narkoman oğlu sənə qıydılar. Elə deyil axı. Əslində, Susananın intiharının əsl səbəbi budur. Əminə Susananın sinəsi açıq fotolarını "Instagram"da paylaşırdı. Əbülfəz də deyirdi ki, sənin belə fotoların sosial şəbəkələrdə nə gəzir?

- Hazırda uşaqlar kimdədir?

- Uşaqlar mənim yanımdadır. Oğlum bilsə ki, uşaqlar onlara gedib, intihar edər. Əbülfəz deyir ki, qızlarımı onun bacıları kimi böyüdə bilmərəm. Susananın anası rusdur. Rus olanda nə olar? İnsan idi. Doğrusu, elçi gedəndə anasının rus olmağına görə etiraz etmişdim. Amma dedilər ki, müsəlmanlığı qəbul edib, razılaşdım.

- Hər ikisinin ilk evliliyi idi?

- Susananın ilk, oğlumun ikinci evliliyidir. Əbülfəzin övladları ancaq bundandır. Oğlum övladlarına çox bağlıdır. Deyirdi ki, övladlarımın anasını heç vaxt atmaram. Bu gün Kürdəxanı təcridxanasına aparacaqlar.

- Nə işlə məşğul olurdu?

- Oğlum idmançıydı, trenajor zalında işləyirdi, mühafizəçi kimi çalışırdı.

- Gəlininizin zərərli hesab ediləcək vərdişi var idi?

- Xeyr. Evdar, zəhmətkeş qız idi. Onların arasında bəlkə də elə söhbətlər olub ki, məndən gizlədiblər. Masaj məsələsini də məndən gizlətmişdilər. Bir də demək istəyirəm ki, bu uşaqlar onsuz da anasız qalıblar. Heç olmasa atalarından da məhrum olmasınlar. Çox istərdim ki, oğlum barəsində qərar çıxarılarkən bunlar nəzərə alınsın. Çünki o günahsızdır.

Xəbərlər     Baxılıb: 1937   Tarix: 18 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

turlar.az

gözəllik məhsulları geyim şəkilləri qadın geyimi yay kolleksiyasi 2026 uşaq və təhsil faydalı qidalar donlar 2026 yay kosmetika video novruza aid hakisdalar əqrəb novruz bayramına aid bakışta vətən