"Oğlumun günahı yoxdur, o, sürüşərək yıxılıb..." - Əri tərəfindən başı qırxılan gəlinin qaynanası

Xanim.az qafqazinfo-ya istinadən intihar edın Susana barədə reportajı təqdim edir:

"Susana intihar edən gün hər kəs onun gözəlliyindən danışırdı. Hamı bir-birinə bu sualı verirdi, "necə ola bilər ki, bu gözəllikdə qadın intihar etsin"? Axı bu yaşda, bu gözəllikdə, iki azyaşlı körpəsi olan insanı həyatda yaşamaq eşqindən nələr məhrum edə bilərdi?"

Söhbət mayın 15-də Bakının mərkəzində, Torqovıda yaşadığı evin eyvanına çıxaraq özünü atan 31 yaşlı Susana Şərifovadan gedir. S. Şərifovanı ölüm həddinə çatdırılmasında əri Əbülfəz Baxşiyevin günahı olduğu vurğulanır. Onun tez-tez döyülərək işgəncəyə məruz qaldığı və bu səbəbdən də həyatına son qoyduğu bildirilir.

Elə bu səbəbdən Əbülfəz Baxşıyev hazırda həbsdədir.

Məsələnin yenidən gündəmə gətirilməsinin səbəbi Susananın qayınanası, şair Simuzər Nüsrətbəylinin bizimlə əlaqə saxlayıb intihar etmiş gəlininin anası Olqa Şərifovanın haqqında səsləndirdiyi ittihamlara cavab verməsi istəyi oldu.

Beləliklə, biz də hadisənin iki ay tamamında intihar baş verən evə getdik. Müsahibə zamanı ittihamlara cavab aldıq, Susanadan yadigar qalan qızları Nərgiz və Nəzrinlə tanış olduq. Hələ 8 aylığında olan, anasının ölümündən, atasının həbs olunmasından xəbərsiz olan balaca Nəzrinin həyata gülər üzlə baxmasının şahidi olduq. 6 yaşlı Nərgiz isə bütün olanların şahididir. Bu yaşda bir qızın məktəb həyatına belə acı olaylara şahid olaraq başlaması isə insanın ürəyini dağlayır. Gələcəkdə şahid olduğu bu acıları onun yaddaşından silməksə, yəqin ki, çox çətin olacaq.

- Simuzər xanım, oğlunuzun istintaqı ilə bağlı məsələ nə yerdədir?

- Elə bu gün mən Nəsimi rayon Prokurorluğunda olmuşam. Prokurorla görüşdə də dedim ki, mənim oğlumun günahı yoxdur. O qız sürüşərək balkondan yıxılıb düşüb. 10 dəqiqə ərzində balkonun çöl hissəsində dayanıb. Onun özünü öldürmək cəhdi də olmayıb. Kimisə qorxutmaq istəyirdi. Heç bir ağıllı ana öz iki körpəsini düşünüb həmin hərəkəti etməzdi. O ordan sürüşdümü, başı gicəlləndimi, bilmədim nə oldu. Onun yıxılmağını uşaq da gördü. Əvvəl oğlum evdə yox idi. Sonra o da səsə gəldi. Çünki səsə hər kəs yığışmışdı. Qışqırırdı, yaxın getməyə qorxurduq.

Ağlımıza gəlməyən bir iş oldu. Çox rəfiqələrim mənə deyirdi ki, onu psixoloqa göstər. Düşünürdüm ki, cavandır, cavanlıqda şıltaqlıq olur. Beləliklə, onu bağışlayırdım.

- Uzun müddət ailədə ona işgəncələr verildiyi, körpələrin gözü qabağında döyüldüyü qeyd olunur...

- Bəli, yazırlar ki, 2009-cu ildən ona işgəncələr verilib, mütəmadi olaraq döyülüb. Maddi asılılıq olub. O 2009- cu ildən ailəmizə gəlin gəlib. 2010- cu ildə mən onları Türkiyəyə bal ayına göndərmişəm. Sonra İsveçdə, Stokholm şəhərində 1 il yaşayıblar. Oradan 7 aylıq hamilə Bakıya gəlib. Nərgiz dünyaya gəlib. Sonra 5-6 aydan sonra mənim oğlumu iki il tərk edib gedib. Anası gəlib onu uşaqla evdən bizdən xəbərsiz aparıb. Niyə ana qızın ailəsinə müdaxilələr etməlidir? Necə ki indi yalan müdaxilələr edirlər. Onların müdaxiləsi qızının ailəsini normal hala salmasına imkan vermədi.

- Hadisə baş verən gün hamı belə bir xanımın necə intihar edə bilməsindən danışırdı. İki gözəl övladını olan gənc xanımı həyatına son qoymağa hansı səbəblər vadar edə bilərdi? Yəni heç nə olmadan bir qadının intihar etməsi mümkündürmü? Bu ailədə əslində nə baş verirdi?

- İnsan əgər özünü intihar etmə cəhdinə gedirsə, burada ancaq beyin pozğunluğundan söhbət gedə bilər. Bunu tibb elmi də deyir. Heç bir ağıllı ana, qadın nə olursa olsun körpələrini qoyub intihar etmir. Valideyn öz şirin canından övladını üçün keçir. İnsan ölüm ayağına düşəndə belə yalvarır ki, İlahi, məni körpələrimə bağışla. Bu zaman hansısa işgəncə gözə görünməz. Allah eləməsin e, bu evdə işgəncədən söhbət gedə bilməz. Allah-təala da intihar edən insanı sorğu-sualsız qəbul etmir. Bu intihar deyil, fəlakətdir.

- Heç döyülmə faktı olmayıb?

- Hansı ailədə söz-söhbət yoxdur ki? Amma daimi işgəncələr, döyülmələr, maddi məsələlər əlbəttə ki, olmayıb. Tibbi ekspertizanın nəticələrini mənə göstərdilər, orada heç bir döyülmə faktı yoxdur. Prokuror da nəticəni mənə göstərib. Ümid edirəm ki, Nəsimi rayon Prokurorluğu istintaqı haqq, ədalətlə aparacaq. Oğlumun günahsız olduğunu ortaya çıxacaq. Mənim evimdə o hər gün tortlar bişirib, yeməklər hazırlayıb. Qonşulardan da soruşa bilərsiniz.

- Amma rəsmi nikahları da olmayıb...

- Düzdür, olmayıb. Amma mənim rəsmi nikaha ehtiyacım yoxdur. Ev problemimiz var idi deyə, nikah etməmişdik. Nikah nə verirdi ki? Mənim gəlinim idi də, hər şey də onundur. Ev istəyirdi, ona verəcəkdim, uşaqlarımındır. O, iki il çıxıb getmişdi. Əgər mənim oğlum pis idisə, niyə qayıdıb gəlirdi? 2016-cı ildə ikinci uşağı dünyaya gətirdi. Nəzrin indi 8 aylıqdır. Əgər pis idisə, niyə ikinci dəfə qayıdırdı? Ona görə gəldi ki, başa düşdü ki, ən yaxşı ailə burdadır. Oğlum onu qəbul etdi, ancaq bu səhv idi, oğlum bəlkə də onu qəbul etməməliydi. Nərgizə, Nəzrinə görə qəbul elədi. Getdin qayıtma da. Mənim də oğlum uşaqcanlı olduğu üçün onu qəbul edirdi. Əbülfəz ali təhsillidir, Tarqovıda böyüyüb, avropalarda yaşayıb. İdmançıdır. Onun haqqında nələr yazmırlar. Onu ediblər bir terrorçu.

- Anası deyir ki, Nərgizdən oğlunuz narkotik almaq üçün istifadə edirmiş. Susana da buna dözə bilməyib. Məhz bezərək intihar edib...

- Mən bu ittihamı bu gün prokurora da dedim. Heç elə şey ola bilərmi? Bizim burda bir meyvə və bir də marketimiz var. Oradan nə ürəkləri istəyiblərsə gedib alıblar. Nərgiz deyir ki, anamın yıxıldığını gördüm, bəs mənim atam hardadır? O cürə böhtanı görün, onlar necə düşünüblər? Elə bu ittihamdan bəllidir ki, gəlinim necə bu hala düşüb. Bizim heç ağlımıza da gəlmir ki, ata öz balasını iraq olsun gedib küçədə satar? Lüğətimizdə heç bu söz yoxdur.

- Uşaqları ana nənəsiylə görüşməyə niyə icazə vermirsiniz?

- Bəli, vermirəm, oğlum da buna icazə vermir. Oğlum da qız uşaqları olduğuna görə onlarla görüşməyə uşaqlara icazə vermirdi ki, tərbiyələri pozulsun. Əgər ana yoxdursa, uşaqlar ataya məxsusdur. Ataları da uşaqları mənə və bacılarına etibar edib. Bundan əlavə, Nərgiz özü də görüşmək istəmir. Onları mən bu evdə böyütmüşəm. Niyə görə getməlidirlər ki?

Bir dəfə oğlumun sözünə baxmadım, onları görüşdürdüm. Dedim ki, faciəyə düşmüşük da. Evə də dəvət etdim ki, uşaqları bir yerdə böyüdərik. Amma onlar hər dəqiqə məni polislərə çəkdilər. Necə ki, Susanı öyrədirdilər, o da dəqiqədə polislərə müraciət edirdi. 22-ci bölmədə bəlkə də 8 dənə şikayət ərizəsi var. Sonra gəlirdi, Əbülfəzlə barışırdı, gedib əksini yazırdı. Axırıncı dəfə yazıb ki, "mən əsəbiləşirdim, saçımı qırxırdım, özümə xələl yetirirdim, polisə şikayət edirdim". Özü etiraf edib ki, öz-özünə xəsarət yetirib. Deməli, onun psixologiyası pozulub.

- Sizin də cinayət məsuliyyətinə cəlb edilməsini tələb edirlər...

- Ekspertizanın nəticələrində də mənim əlimin hansı formada olması göstərilib. 1 əlimdə uşaqla ona yalvarıram ki, belə etmə. Oğlum da yaxın gəlməyə qorxdu.

- İsveçdə yaşayan qızlarınızla Susananın ailəsini qorxutmusunuz?

- Mənim iki qızım İsveçdə yaşayır. Onlar bu işə müdaxilə etmirlər. Deyirlər ki, qanun nə deyirsə, onu eləsinlər. Mənim qardaşım, nə də anam onu itələməyib. Mənim qızlarım sosial şəbəkədə heç nə yazmırlar. Onların ikisi də ali təhsillidir. Nəvələrim İngiltərə, Şotlandiya, İsveçdə oxuyurlar. Biz belə səviyyəsiz böhtanlardan uzaq ailəyik. Mən də sosial şəbəkələrdə heç nə yazmadım.

Qızı biabır edirlər ki, saçını kəsdiriblər. Onun üzünə gənə düşmüşdü. Ona görə saçını özü qırxdı. Nərgiz də bunu görüb. Müstəntiqə də demişəm. Oğlum həftədə iki dəfə onu klinikaya müalicəyə aparırdı. Dişini aparıb düzəltdirdi. O mənim evimdə xanım kimi yaşayıb.

Gəlini normal yaşamağa qoymadılar. İndi də öləndən sonra onu biabır edirlər. Sən qızını hansı oğlana vermişdin ki, gedib narkotik satıb qızını saxlayaydı? Bu körpə qızların sən gələcəyini düşünürsənmi? Onlar haqqında çox şey deyə bilərəm, ancaq onların səviyyəsinə düşmək istəmirəm. Müvafiq qurumlardan, ölkə rəhbərliyindən xahiş edirəm ki, bu qızlar analarını itiriblər, onları atalarını da itirməyə imkan verməsinlər.

"Oğlumun günahı yoxdur, o, sürüşərək yıxılıb..." - Əri tərəfindən başı qırxılan gəlinin qaynanası"Oğlumun günahı yoxdur, o, sürüşərək yıxılıb..." - Əri tərəfindən başı qırxılan gəlinin qaynanası"Oğlumun günahı yoxdur, o, sürüşərək yıxılıb..." - Əri tərəfindən başı qırxılan gəlinin qaynanası

Xəbərlər     Baxılıb: 2216   Tarix: 14 iyul 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

yay kolleksiyasi toy makiyajlari yay geyimləri 2026 masaj dirnaq ucun maskalar mahuddan tikilen kishi ust geyimi süfrə bəzədilməsi kosmetika eqreb vətən haqqında bayatı rəksanə layla novruz bayramına aid hakışda