ÖLKƏ "WhatsApp"dan daha bir möhtəşəm yenilik - Beləsi olmamışdı
"WhatsApp" messenceri fevralın 6-dan səsli rabitə ilə ünsiyyət quran müsahiblərin sayını 5 nəfərə qədər artırıb.
Xanim.az lent.az-a istinadən xəbər verir ki, artıq "WhatsApp"ın köməyi ilə eyni anda 5 nəfər danışa biləcək.
Bildirilir ki, hazırda bu funksiya test rejimində işləyir. Onun "WhatsApp" istifadəçiləri üçün bir neçə həftədən sonra əlçatan olacağı gözlənilir. Biri-biri ilə danışan iki şəxs söhbətlərinə daha üç nəfər əlavə edə bilmək üçün mobil internet və ya Wi-Fi-dan istifadə etməlidirlər. Messencerin sağ yuxarı hissəsində tərtibatçılar söhbət üçün yeni iştirakçıları əlavə etməyə imkan verən düymə yerləşdiriblər. Bu müsahiblərin əlaqə nömrələri cihazın telefon kitabçasında olmalıdır.
Qeyd edək ki, belə bir funksiya "Skype"dan başqa "WhatsApp"ın heç bir analoqunda mövcud deyil.
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin