"Ölüm xəbərimə görə anamla qardaşım xəstəxanalıq olublar" - Könül Xasıyeva
Ötən gün ölüm xəbəri yayılan xalq artisti Könül Xasıyeva əsəbiləşib.
"Hər şey daxil" verilişinə zəng edən müğənni xəbəri yayan saytları məhkəməyə verəcəyini deyib:
"Yenə mənim ölüm xəbərimi yazıblar. Atam-anam Şəkidə narahat olublar. Anamın təzyiqi qalxıb. Qardaşlarım, bacılarım, qohum əqrəbalarım, sənət yoldaşlarım hamısı narahat olublar. Artıq bu ikinci dəfədir ki, belə edirlər. Mən nə qədər səbr sahibi olsam da, artıq vəkilimlə danışmışam. Hüquqi cəhətdən bu işə baxılacaq. 82 yaşlı anam, 47 yaşlı qardaşım bu ölüm xəbərindən sonra xəstəxanalıq olub. Qardaşımın övladı 11-ci sinifdə oxuyur, səhər tezdən mənə zəng edib. İkinci dəfədir telefonu götürüb özüm özümə başsağlığı oxuyuram. İnsan bir yerə qədər dözür".
axşam.az
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin