"Omikron"-a qarşı "Pfizer"in üç dozası, yaxud iki "Sinovac" + "Pfizer"…

Koronavirusun "omikron" variantı dünyada artıq dominant ştama çevrilib. Elm adamlarının proqnozlaşdırdığı kimi "omikron" ştamı bütün dünyada çox sürətlə yayılır və virusun əvvəlki variantlarını "sıxışdırıb çıxarır". Dünya Səhiyyə Təşkilatı (DST) "omikron" ştamını ən ciddi kateqoriyaya - "narahatlıq doğuran variant" kateqoriyasına daxil edib. "Omikron" ştamının əsas əlamətləri qripdən fərqlənmir, burun axması, boğaz, baş və əzələ ağrısı ən çox görülən simptomlar arasındadır. Müxtəlif ölkələrdən virusoloqlar bildirirlər ki, "omikron" ştamın simptomları müşahidə olunmazdan 2-3 gün əvvəl artıq yoluxucu ola bilər. Virus yuxarı tənəffüs yollarında asanlıqla çoxalır. Buna görə də "omikron" digər variantlardan daha sürətlə yoluxdurur. "Omikron" xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstələrdə ağırlaşmalara səbəb ola bilir.
Azərbaycanda da "omikron" ştamı yayılır. Səhiyyə naziri Teymur Musayev ötən həftə mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda "omikron" ştamına yoluxmalar artır və yoluxmaların əksəriyyətinin bu ştamla baş verdiyi şübhə doğurmur.
Qeyd edək ki, vaksinlərin omikron ştamına təsiri ilə bağlı bir çox inkişaf etmiş ölkələrdə tədqiqatlar aparılır. Sonuncu iki tədqiqatın nəticələri artıq ictimaiyyətə açıqlanıb. Belə ki, Amerika alimləri Pfizer/BioNTech peyvəndinin üçüncü dozasının qoruyucu təsiri ilə bağlı araşdırmaların nəticələrini açıqlayıblar. ABŞ-ın nüfuzlu qurumlarından olan Texas Universitetində aparılan araşdırmada Pfizer/BioNTech tərəfindən hazırlanan mRNA əsaslı peyvəndin koronavirusun "omikron" variantına qarşı azı 4 ay müddətində təsirli olduğu məlum olub.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki,  tədqiqata rəhbərlik edən mikrobioloq Pei-Yong Shi bildirib ki, araşdırmaların nəticələrinə görə üçüncü doza ən azı 4 ay müddətində "omikron" variantından qoruyur. Əvvəlki araşdırmalarda isə peyvənd olunduqdan aylar sonra antikor səviyyəsinin azaldığı, buna görə də "omikron" variantının daha böyük təhlükə yarada biləcəyi müəyyən edilmişdi.
Pei-Yong Shi qeyd edib ki, peyvəndin üçüncü dozasından 4 ay sonra "omikron" varaintına qarşı təsirlər azalır. Lakin koronavirusun digər variantlara qarşı qoruyuculuq səviyyəsi yenə də yüksək olur.
Braziliya və İngiltərə elm adamları isə Sinovac-CoronaVac peyvəndinin iki dozasını vurduranlara üçüncü doza olaraq Pfizer/BioNTech peyvəndinin tətbiq edilməsinin təsirini  araşdırıblar. Oksford Universitetində çalışan alimlərlə Braziliya alimlərinin birgə araşdırmalarının nəticələri ictimaiyyətə açıqlanıb. Təxminən 50 ölkədə istifadə edilən Sinovac-CoronaVac peyvəndinin iki dozasını alanlara üçüncü doza olaraq Pfizer/BioNTech peyvəndi tətbiq edilib. Araşdırmanın nəticələrinə əsasən "Çin peyvəndi"nin iki dozasını vurduranlara üçüncü doza kimi "Pfizer", yaxud AstraZeneca və ya Johnson & Johnson peyvəndlərindən birinin vurulması koronavirusun "omikron" ştamına qarşı qoruma səviyyəsini artırır.
Tədqiqata rəhbərlik edən professor Endryu Pollard bildirib ki, bu tədqiqat vektor peyvəndlərindən istifadə edən ölkələrdə qərar qəbul edilərkən yeni yanaşmanın tətbiqi üçün mühüm rol oynayır. Tədqiqat zamanı Türkiyədə də iki doza "Çin peyvəndi"nin ardınca üçüncü doza kimi "Pfizer"in tətbiq edilməsi nəticəsində yüksək qoruma səviyyəsinin əldə edildiyi vurğulanıb.
Ötən ilin dekabrında aparılan oxşar araşdırmada isə məlum olmuşdu ki, Sinovac-ın iki dozasından sonra üçüncü doza olaraq Pfizer/BioNTech peyvəndinin tətbiqi "omikron" variantına qarşı yüksək qoruyuculuq yaratmır. Tədqiqatda Sao Paulo və Salvadordan olan 1240 könüllünün məlumatlarından istifadə edilib.
Elm adamları hesab edirlər ki, "omikron" özünü hələlik yaxşı aparır. Ancaq "delta" və ya "omikron" kimi yeni variantların yaranmasına yol verməmək lazımdır. Bununla belə bir neçə gün əvvəl İsveçin Uppsala Universiteti Xəstəxanasında koronavirusun "omikron" variantının yeni mutasiyasını aşkarlayıb. Xarici KİV-lərin yaydığı məlumata görə, yeni alt variant cümə günü üç nəfər xəstədə müəyyənləşdirilib və BA.2. adı verilib. Hələlik bu mutasiya haqqında məlumat azdır, onun nə qədər təhlükəli və yaxud yoluxucu olması bəlli deyil. Yeni mutasiya Hindistanın Kəlküttə şəhərində yayılıb, habelə Danimarka və Norveçdə qeydə alınıb.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1281   Tarix: 25 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

qaşların formalari hamiləlik aksessuarlar yay geyimleri faydalı məlumat toy ideyalari hepatitlər kosmetika banan video balıq muellim seiri burclər