"Onun vəfatından sonra stres keçirtdim və 16 kq çəki itirdim" - Naibə Allahverdiyeva
Azərbaycanın əməkdar artisti Naibə Allahverdiyeva "Space" televiziyasında yayımlanan "Hər Səhər" verilişinin qonağı olub.
BiG.AZ xəbər verir ki, maraqlı məqamlara toxunan məhşurun oynadığı filmlərdə vizit kartının "Tomka" rolu olduğunu bildirib: "Hətda mənə uzun illər sevənlərim mənə o adla müraciət ediblər".
Əməkdar artist son zamanlar hədsiz itirdiyi çəkidən də söz açıb: "Bu il mənim üçün ağır il oldu. Həddindən artıq stress keçirtdim. Nə qədər pəhriz saxlasam da arıqlaya bilmirdim. Lakin anamın vəfatından sonra 82 kq-dan 66 kq-a düşdüm"
Saytlarda haqqında çıxan xəbərlərə də aydınlıq gətirən Naibə Allahverdiyeva yayılan xəbərlərin yalan olduğunu diqqətə çatdırıb: "Bir müddət öncə dedilər ki, guya xəstəyəm, psixoloji problemlərim var və məni dispanserə yerləşdiriblər. Yalandır, stress keçirtdim, depresiyaya düşdüm. O səbəbdən də Mərdəkanda sanatoriyada istirahət etdim".












Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz