Paketli günəbaxan tumları almayın - Sonsuzluq yarada bilər
Həkim günəbaxan tumlarının bilinməyən zərərindən danışıb.
Milli.Az xəbər verir ki, endokrinoloq Yevgeniya Bayturova bildirib ki, tumları çox yemək böyrəklərə zərər verə bilər.
O, "lenta.ru"ya açıqlamasında qeyd edib ki, təzə tumlarda çoxlu vitamin və mikroelement var, lakin onlardan çox yemək olmaz.
Bayturovanın sözlərinə görə qızardılmış tumlarda bitki yağı və duz çox olur, istilikdə emal səbəbindən faydalı maddələrin miqdarı isə minimuma enir. Həkim əlavə edib ki, tumlar çəki artımına səbəb ola bilər, çünki insanlar nə qədər yediklərini hiss etmir. Halbuki 100 qram tum təxminən 600 kalori saxlayır.
Onun sözlərinə görə, məşhur istehsalçıların qızardılmış tumlarında tez-tez kadmiuma rast gəlinir. Bu isə ağır metal və zəhərli elementdir, bədəndə toplanaraq zamanla müxtəlif xəstəliklər yarada bilər. Bunlara böyrək funksiyasının pozulması, sümüklərdən kalsiumun çıxması, osteoporoz riskinin artması, həmçinin kişi və qadınlarda reproduktiv funksiyanın pozulması daxildir.
Mütəxəssis vurğulayıb ki, yağ vaxtında dəyişdirilmədən qızardılan tumlar kanserogenlərlə doyar və bu da gələcəkdə müxtəlif xəstəliklərə, o cümlədən xərçəngə səbəb ola bilər. Əgər tum yemək vərdişindən imtina etmək çətindirsə, heç olmasa miqdarını azaltmaq lazımdır.
İsmayıl
Milli.Az









Arzuolunmaz hamiləlik
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Özündən 24 yaş kiçik həyat yoldaşından boşandı
Məşhur müğənni Güllünün şübhəli ölümü: Qızının həbsindən sonra oğluna qarşı da iddia qaldırıldı
35 yaşlı müğənni xərçəngdən öldü
Okan Buruk haqqında sürpriz sevgi İDDİASI: Onları görün kim tanış edib
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi