"Qadın" hormonu kişiləri stressdən qoruyurmuş
"Qadın" hormonu kişiləri stress və depressiyadan qoruyurmuş.
Milli.Az xəbər verir ki, estrogen hormonu adətən "qadın hormonu" hesab edilsə də, kişilərin beynini stress və depressiyadan qoruyur.
Bu nəticəyə beynəlxalq neyrobioloqlar qrupu gəlib, araşdırma "Molecular Psychiatry" jurnalında dərc olunub.
Qrupun rəhbəri Polimniya Georgiu və komandası müəyyən edib ki, kişilərdə testosteronun bir hissəsi aromataza fermenti vasitəsilə aktiv estrogen formasına, yəni 17β-estradiola çevrilir. Təcrübələr göstərib ki, bu hormon stressə məruz qalan siçanlarda depressiyaya bənzər davranışın qarşısını alır.
Təcrübələr göstərib ki, estrogeni olmayan kişilər stressə daha həssas olur, sosial əlaqələrdən uzaqlaşır və zövq verən şeylərə maraq itirirlər. Estrogen verildikdə isə bu problemlər aradan qalxır.
Alimlər həmçinin yeni dərman DHED üzərində çalışırlar. Bu dərman yalnız beyində estrogenə çevrilir və stressi azaltmağa kömək edir, amma bədəndə yan təsirlərə səbəb olmur.
İsmayıl
Milli.Az









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Müğənni həbsxanaya göndərildi
Bu dəfə serial ulduzu olacaq
25 il sonra yenidən "Mumiya"da - Foto
Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü
Avtomobil sürənlər üçün vacib xəbərdarlıq
Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir
Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı