Qanaxmalar zamanı ilk tibbi yardım

Qanaxmalar zamanı ilk tibbi yardımQanaxma baş verdiyi zaman onun növündən asılı olaraq həkimə qədər ilk tibbi yardım göstərməyi bilmək lazımdır. Xüsusən də yay aylarında, uşaqların ən çox qaçıb- oynayıqları, ağaclara çıxdıqları zaman bunları bilmək zəruridir.
Qanaxma baş verən zaman həkim çağırmaqla yanaşı, həkimə qədər qanaxmanı müvəqqəti dayandırmaq lazımdır. Qanaxmanı dayandırmaq onun növündən asılıdır. Hadisə baş verən zaman ilk tibbi yardım göstərərkən, əldə olan vasitələrdən istifadə edərək qanaxmanı müvəqqəti və ya tamamilə dayandırmaq olar.
Xarici arterial qanaxmanı dayandırmaq üçün qan damarını sümüyə barmaqla sıxmaq, turna və ya burmac qoymaq, qol və ya qıçı oynaqda sonadək büküb və ya açıb bu vəziyyətdə bərkitməkdən ibarətdir.
Xarici venoz və kapilyar qanaxmalar, yaraya sıxıcı steril sarğı qoymaq və bədənin yaralı yerini gövdəyə nisbətən daha hündürdə saxlamaqla dayandırır. Bir sıra hallarda venoz və kapilyar qanaxmaların müvəqqəti dayandırılması bu qanaxmaların tamamilə dayandırılması halına keçə bilər. Arterial qanaxmanın, bəzi hallarda isə venoz qanaxmanın dayandırılması cərrahiyyə əməliyyatı zamanı yerinə yetirilir.
Damarı barmaqla sıxıb arterial qanaxmanı dayandırdıqdan sonra bütün mümkün olan hallarda dərhal turna və ya burmaq qoyulur.
Turna qoyulan zaman onun qoyulduğu saatı, dəqiqəni yazıb üstünə qoymaq lazımdır. Turna qoyulan yer isti örtüklə örtüb və turna qoyulmuş yaraya ağrıkəsici vurmaq lazımdır. Turnanı 1,5-2 saatdan artıq saxlamaq olmaz. Yaraya cərrahiyyə əməliyyatı göstərilənədək turnanı hər saatdan bir boşaldıb, hər dəfə bunu kağızda qeyd eləmək lazımdır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1739   Tarix: 13 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

kosmetoloq geyim şəkilləri donlar 2026 erzaqlar gavalinin faydalari keks reseptləri usaqlarda angina kosmetika intim munasibetler buga burcu baldiza aid atalar sozu xeyanet