Qardaşı qızını qaçırtdığı deyilən əmi: "Mən sonsuzam, uşağım olmur..."

Qardaşı qızını qaçırtdığı deyilən əmi: "Mən sonsuzam, uşağım olmur..."Günlərdir ki, Gəncədə baş verən biabırçı olayla bağlı müzakirələr səngimək bilmir. 3 uşaq atası Həsən Səfərovun öz qardaşı qızını qaçırması barədə yayılan xəbərlər çox olsa da həqiqətlər hələ də üzə çıxmır.

Həsən Səfərovun həyat yoldaşı Həmidə Səfərova isə iddialarında israrlı olmaqda davam edir. Tükürpədici olayda adı hallanan Həsən Səfərov məsələyə son qoymaq və barəsində yayılan xəbərlərə aydınlıq gətirmək üçün cebhe.info-ya şok hesab edilə biləcək açıqlama ilə çıxış edib.

Qeyd edək ki, H.Səfərovla əlaqə yaratmağa onun qohumları kömək edib. Dediklərinə görə, yayılan xəbərlərdən sonra Həsən Səfərov intihar həddinə çatdığına görə qohumları onu tək qoymur.

"Ləkə olaraq qaldı..."

Həsən Səfərov barəsində yayılanlardan çıxılmaz vəziyyətdə qaldığını ifadə edərək, ruhi xəstə adlandırdığı həyat yoldaşının olmazın böhtanlarına, qarayaxmalarına tuş gəldiyini deyib: "Bu olaydan o tərəfi yoxdur. O, məni bütün Azərbaycanda biabır etdi. İnanın ki, mən çarəsizəm, küçəyə, qohum-əqrəba içinə çıxa bilmirəm. Hər kəsin yanında başıaşağı olmuşam, bu, bir ləkə olaraq qaldı... Heç kəsə inandıra bilmirəm ki, bu qadının psixoloji problemləri var, ruhi xəstədir. Belə getsə, özümü öldürəcəyəm. Artıq məni intihar həddinə gətirirlər. Mətbuatda, sosial şəbəkələrdə kim nə istəyirsə, barəmdə yazır. Belə olmaz axı... Bu adam tək məni yox, bacımı da şərləyib. Hələ o vaxt çatanın yanında deyirdi ki, Həsən mənim yanımda deyil, anasının yanında yatır. Bilin ki, mən sonsuzam, övladım olmur. Əkiz qızlarım süni mayalanma ilə olub".

Həmidə ilə belə evləndi...

2011-ci ilin aprel ayları idi. Bir sinif yoldaşım vardı. Gəldi ki, Həsən, niyə evlənmirsən? Dedim kasıb oğlanam, imkanım yoxdur. Dedi, mən sənə kömək edərəm, bir qız var gedək baxaq. Qızla cəmi bir dəfə görüşmüşdük. Həftədə iki-üç dəfə zəng edirdi ki, elçi gəlmirsiz? Nəyisə anamgili götürüb getdik və razılığını aldıq. Maşına oturub evə gəlirdik ki, məcburi qızı yanımızda oturtdular ki, qızı da aparın. Beləcə evləndik. Hələ iki-üç gün keçmişdi, ağzı söyüşlə açılırdı. Mən onun öhdəsindən gələ bilmirdim.

Təkrar mübahisələrimiz yarandı. Ondan sonra çıxıb camaat arasında yaydı ki, Həsən sonsuzdur, onun övladı olmur. Kim istəyirsə, gəlib barəmdə maraqlana bilər ki, mən necə insanam. Zibilliklərdən zülm çəkə-çəkə çörək pulu qazananam. Pul üçün heç kimə möhtac olmamışam. Heç kimin də anasına, bacısına, qızına pis gözlə baxmamışam. Həyatımda yalnız Həmidə olub. Əksinə, bu qadın özü problemlidir. 2016-cı ildə boşanma üçün məhkəməyə müraciət etmişəm. Gəncədən Beyləqana məhkəməyə gəlmək üçün taksiyə 50 manat pul verib gəldim. Halbuki o pulu günlərdir zülm çəkib qazanmışdım. Məhkəmə cəmi 3 dəqiqə çəkdi, bizi boşamadılar ki, üçüncü uşaq doğulsun, DNT testi verilsin sonra boşanma olsun".

"Getsin uşağın atasını axtarsın..."

Həsən Səfərovun iddiasına görə, həyat yoldaşının dəfələrlə taksilərdən düşdüyünün, evdən kimisə çıxartdığının şahidi olub. Məhz yüngül həyat tərzi keçirməsindən və üçüncü övladının ondan olmamasından əmin olduğu üçün boşanmaq istəyib. Buna baxmayaraq, məhkəmə onları boşamayıb: "Bu qadın mənim başıma olmazın müsibətlər gətirib. Yenə də iki qızıma görə keçmişəm. Həmidə Beyləqanda atasıgildəydi. Bir dəfə Beyləqan Polis İdarəsindən mənə zəng oldu ki, Həmidə Səfərova sizin həyat yoldaşınızdır, dedim, bəli... Dedi evdən qaçıb, bacısı onu axtarışa verib. Soraqlayanda öyrəndik ki, Gəncənin sığınacağındadır. Bazarlıq edib ora getdim. Neyləyim, ortada uşaqlar var. Dedi 6 aylıq hamiləyəm, uşaq səndəndir. Dedim ki, yaxşı məndəndir...

Sığınacağın rəhbəri ilə danışdım. Bütün nəslimi tapdalayıb qızı kirayə evə çıxardım. Kirayəyə gələndə özü ilə Alidə adlı qız gətirmişdi. Sonra adımı həmin qızla adımı çıxardı ki, guya mən o qızı qaçırmışam. Bir ay ərzində üç dəfə kirayə dəyişdim. Dəfələrlə damarını kəsib, tövləyə girib ki, özünü assın. Psixi xəstədir o... Sağ əlində bir uşaq, sol əlində bir uşaq...Onlara işgəncə verir. Dəfələrlə deyirdim ki, əsəbindən uşaqları vurma...Uşaqları əlindən alanda isə hədələyirdi ki, yaxına gəlsən, onları öldürəcəyəm. Gündə bir taksidən düşürdü...Onu kimi qadını kim saxlayar? Pəncərədən evə adam salır... Mən onu istəmirəm, evimdən də çıxsın. Yalnız öz uşaqlarımın alimentini verə bilərəm. Özgəsinin uşağına niyə baxmalıyam? Getsin qucağındakı uşağın atasını axtarsın..."

"Özümü yandıracağam..."

Həsən Səfərovun sözlərinə görə, bu olaydan sonra Həmidə Səfərova gedib evində oturub, oradan çıxmır: "Nə boşanır, nə də evimdən çıxır, üstəlik özü ilə də bir uşaq gətirib ki, buna da aliment verməlisən. Neyləyim mən, özümü ondan ötrü yandırım? Başımla cavabdehəm ki, üçüncü uşaq məndən deyil... İndi də xəbər yayıb ki, Həsən məni öldürəcək. Mənim nə gücüm var ki, onu öldürüm? Evimə yaxın düşə bilmirəm, o dəqiqə polisləri ora yığır. Əgər özümə qəsd etsəm, bunu mediadan bilin. Çünki kim nə istəyir yayır..." H.Səfərov qardaşı qızını qaçırması ilə bağlı yayılan söhbətlərə aydınlıq gətirib: "Martın 9-u qardaşım qızı mənə zəng etdi ki, ərimlə yola getmirəm. Çıxıb getmək istəyirəm, aparırsansa sən apar, aparmırsansa, özüm gedim...

Qardaşına zəng etdim ki, bacın həyat yoldaşı ilə dolanmır, neyləyək? Dedi mən də Bakıya getmək istəyirəm, onda bizi avtovağzala yola sal. Martın 10-u aparıb onları yola saldım. Hər ailədə söz-söhbət olur. Mən isə Şəmkirə bostanda işləməyə getdim. Aradan 10-15 gün keçmişdi. Eşitdim ki, məni xəbərlərə veriblər. Niyə? Guya ki, Güneli mən Bakıya aparmışam. Mən aparmamışam. Ondan sonra hamımız Polis İdarəsində izahat verdik ki, belə bir şey olmayıb". Səfərovlar ailəsi hazırda polis əməkdaşları ilə birlikdə Günelin həyat yoldaşını axtarır. Həsən Səfərov deyir ki, o, hara gedibsə, tapa bilmirlər. Amma Günel atasının evindədir: "Mən dəfələrlə açıqlama vermişəm ki, belə bir olay yoxdur. Bu millət niyə anlamır? "

Xəbərlər     Baxılıb: 2217   Tarix: 10 aprel 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

geymler 2026 geyim və ayaqqabılar yaz geyimleri 2026 sizanaqlara qarsi maskalar gəncə xəbərləri sevgi cütlüyü baliq yagi kosmetika qadin saglamlig xocali kahfe fali əfsanələr google