Qayınatası eyni anda ölən gəlinin qandonduran hekayəsi - "Qızının toyunda..."
İki gün əvvəl Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsində zamanı qayınatasi ilə birgə dünyasını dəyişən 39 yaşlı gəlini Səadət İsmayılova ilə bağlı redaksiyamıza vacib məlumatlar daxil olub.
"VAZ 2106", "VAZ 2107" və "Mitsubishi" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ 2107" markalı maşının sürücüsü İslam İsmayılov və 39 yaşlı gəlini Səadət İsmayılova hadisə yerində dünyasını dəyişib.
Məlumata görə, Sədaqət İsmayılova Mingəçevirə böyük qızı üçün toy etməyə gedibmiş. 10 dekabrda Mingəçevirdə qızına toy edən Sədaqət xanım 2 gün sonra Bakıya qayıdarkən yolda qəzaya uğrayıb. Təəsssüf ki, sevincin ömrü də qısa imiş… Qızının toyunda ölüm qapıda gözləyirmiş…
Qeyd edək ki, Sədaqət xanım iki il öncə həyat yoldaşı Xəyyam İsmayılovu vaxtsız olaraq itirib. Sədaqət xanımın üç övladı var. İndi bu üç övlad hər iki valideynini itirmiş gənclərdir. Onlardan biri Fəridə İslamova Bakı Qızlar Universitetimim dördüncü kurs tələbəsi, oğlu isə on birinci sinif şagirdidir. (A24.Az)
f Paylaş