Qəlyansevənlərə BƏD XƏBƏR - VİDEO - FOTO

Qəlyansevənlərə BƏD XƏBƏR - VİDEO - FOTOAzərbaycanda çayxana, kafe və restoranlarda gün keçdikcə daha da "populyarlaşan" sulu qəlyanın insan orqanizminə mənfi təsiri ilə bağlı fikir səsləndirənlərin sayı çoxalıb. Xüsusilə gənclərin, hətta zərif cinsin nümayəndələrinin də kifayət qədər istifadə etdiyi bu vasitədən insan orqanizminə müxtəlif youlxucu xəstəliklərin keçdiyi bildirilir.

Milli.Az bildirir ki, ARB TV-nin "Günə doğru" verilişində sulu qəlyana qadağa qoyulması haqda maraqlı süjet yayımlanıb.

Sulu qəlyan həmçinin insanda siqaretə, eləcə də narkotik vasitələrə asılılıq yaratdığı da iddia olunur. Bəs qəlyandan yoluxucu xəstəliklərin keçməsi halları necə baş verir? Sulu qəlyan düzəltməklə məşğul olan Ramin Niftəliyev bildirir ki, bu birbaşa səhlənkarlıqdan irəli gəlir: "Xəstəlik ən çox mədəyə düşür. "Turba"nın rolu böyükdür burada. Tütün qırıntısı "turba"nın içinə düşüb qala bilər və mədəyə gedər. Bu da fəsadlara yol açar. Tez-tez "turba"lar dəyişməlidir.

Bəzi məkanlarda müştərilərə birdəfəlik müştük verilsə də digər gigyenik məqamlara diqqət yetirilmir və müxtəlif xətəliklərə yoluxma riski artır.

Sulu qəlyandan xəstəliklərə yoluxma halları ən çox borular vasitəsi ilə rellaşır. Bəzi sahibkarlar qəlyanın suyun və müştükləri yeniləsə də daha çox gəlir əldə etmək üçün boruları yeniləmir. Nəzərinizə çatdırım ki, birdəfəlik borunun qiyməti 1man 50 qəp-dir.

Mütəxəssislər bildirir ki, qəlyan müştərilərə sadalanan şərtlərə əməl edilməklə təqdim edilsə, infeksiyaya yoluxma hallarının qarşısını almaq olar.

Əlniyaz Ramazanov (həkim): "Müştük hər adam üçün ayrı olmalıdır. Bəziləri əlavə xərc etməmək üçün səhlənkarlıq edərək müştüyü spirtlə təmizləyir. Və başqa bir müştəriyə verirlər. Belə olmaz, ziyandır".

İstifadəçilər qəlyanın insan səhhətinə zərəri ilə bağlı müxtəlif fikirdədir. 3 ildir sulu qəlyandan istifadə edən Aqli Həsənov bildirir ki, o bu günə qədər xoşagəlməz hallarla qarşılaşmayıb. Çünki xidmət zamanı bəzi məqamlara diqqətlə yanaşır.

Mütəxəssislər bildirir ki, sulu qəlyanın insana səhhətinə birmənalıı olaraq mənfi təsir edir. Bu vasitənin "Ağ ciyərlərin təmizlənməsinə koməyi var" kimi fikirlər yanlışdır. Sadalanan məqamlara diqqət etməklə yalnız yoluxucu xəstəliklərin qarşısını almamq mümkündür. Sudan keçərək insan bədəninə daxil olan buxar qarışıq tustünün yuxarı tənəffüs orqanlarına mənfi təsiri qaçılmazdır.

Əlniyaz Ramazanov (həkim): "Tüstü suyun içərisindən keçərək orqanizmə daxil olur. Tütündən əmələ gəlmiş qətranlar suda həll olmur. İri hissəciklər suda qalır. Adi qəlyanla sulu qəlyan ziyanlıdır. Fərqləri yoxdur".

Sadalanan səbəblərdən Milli Məclisdə "Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi" mövzusunda keçirilən dəyirmi masada layihənin birinci oxunuşunda tütünün qadağan olunduğu yerlərdə sulu qəlyanın da qadağan olunması barədə səslənən təkliflər nəzərə alınıb və bununla bağlı qanun layihəsinin 1-ci maddəsində dəyişiklik edilib.

Xəbərlər     Baxılıb: 1966   Tarix: 08 may 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

turlar.az

sac duzumleri kosmetika mehsullari geyim şəkilləri hamileliyin elametleri saglamlig konservləşdirilmiş məhsullar qadın sonsuzluğu kosmetika kahfe kali arıqla yemek reseptleri naz mila usaq seirleri