Qırmızı şərab niyə baş ağrısına səbəb ola bilər?

Qırmızı şərab niyə baş ağrısına səbəb ola bilər?Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, qırmızı şərab tərkibindəki flavonoidlər adlanan bitki piqmentləri səbəbindən bəzi insanlarda baş ağrısı yarada bilər.
Milli.Az lent.az-a istinadən bildirir ki, bir qayda olaraq, bəzi insanlar qırmızı şərab içdikdən sonra 30 dəqiqə ərzində baş ağrısı hiss edirlər. Tədqiqatçılar bunun flavonoidlər - üzümdə olan bitki piqmentləri tərəfindən təhrik edildiyini aşkar ediblər.
Elm adamlarının baş ağrıları ilə əlaqələndirdiyi flavonoid birləşməsinə quercetin deyilir. Bir çox meyvə və tərəvəzə rəng qatır. Quercetin antioksidan xüsusiyyətlərə malikdir (oksidləşmə zamanı hüceyrələri məhv olmaqdan qoruyur).
Ancaq etanol molekulları ilə birlikdə qəbul edildikdə, quercetin qlükuronid adlanan başqa bir formaya çevrilir. Bu formada o, alkoqol mübadiləsini, insan orqanizminin orqan və sistemlərinin alkoqolun parçalanması və sonradan sidik yolları vasitəsilə xaric ediləcək digər maddələrə çevrilməsi prosesini bloklayır. Nəticədə orqanizmdə asetaldehid toksini toplanır ki, bu da üzün qızarmasına, ürəkbulanma, qusma və baş ağrılarına səbəb olur.
Müxtəlif növ şərablarda quercetin tərkibi içkinin istehsal üsulundan, üzüm çeşidindən və ağacların yerindən asılı olaraq dəyişə bilər. Hansı şərab növlərinin daha şiddətli baş ağrısına səbəb olduğunu öyrənmək üçün alimlər bir sıra tədqiqatlar aparacaqlar.
Milli.Az

Xəbərlər     Baxılıb: 1350   Tarix: 02 iyun 2024
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

turlar.az

geyim dəbləri toy makiyajlari kosmetik vasiteler meyvələr almaniya haqqinda melumat sevişmə xinayaxdi ucun bayatilar kosmetika kahfe kali naz mila terezi novruz bayramina aid hakistalar bayatılarımızda vətən həsrəti