"Qızılcanı təbii yolla keçirənlər bir neçə il sonra ölümlə üz-üzə qalır" - Pediatrdan ŞOK AÇIQLAMA

Uşaqları enterovirus infeksiyası, rotaviruslar və mövsümi qripdən qorumağın ən yaxşı yolunun peyvənd olduğu deyilir. 
Lakin valideynlər çox zaman uşaqları peyvənd ertməkdə ehtiyatlanır, başqa fəsadlar ortaya çıxacağından qorxurlar.
Bəs, mütəxəssilər bununla bağlı nə düşünür?
Milli.Az bildirir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan pediatr Kamil Şərifov valideynlərin bu narahatlığının əsassız olduğunu deyir: 
"Peyvəndlə bağlı yanlış təbliğat aparanlar var. Çox zaman tibbdən anlayışı olmayanlar peyvəndlərin mənfi təsir edəcəyi haqda həqiqətəuyğun olmayan fikirlər deyirlər. Yadımdadı, sovetin vaxtında peyvənd vurulmayan uşaq tapmazdın. Hamı ucdantutma peyvənd olunurdu.
Ona görə də, o dövrdə otistik davranış pozğunluğu olan uşağa az-az rast gəlinərdi. Amma 2020-ci ildə 54 uşağa autizmə bənzər sindrom  diaqnozu qoyuldu. İndi isə bu rəqəm 34-ə düşüb. Səbəbi nədir bilirsiz? Peyvənd olunma... Nə yazıq ki, az qala əhalinin yarıdan çoxu peyvənddən yayınır".
Həkim deyir ki, indiki peyvəndlərin təsiri o dövrdə vurulan peyvəndlərdən daha çoxdur:
"Necə texnologiyalar təkmilləşir, eləcə də peyvəndlərin istehsal texnologiyası mükəmməlləşir, effektliyi artır. Mənə də eşidirəm, deyirlər, peyvəndi satmaq üçün edirlər, filan... Onu deyənlər hamısı boş danışanlardır. Peyvənd istehsal edənlər autizmin 2 manatlıq, 5 manatlıq dərmanı üçün belə bir şey niyə etsin? Əgər doğrudan elə bir pislik, mərdiməzarlıq eləmək istəyən olsa, onu qidalara, yeyib-içməyə də qatar. Yəni bunlar əsassız, absurd fikirlərdir". 
"Uşaqlara telefon, planşet verib kütləşdirirlər"
Kamil Şərifovun fikrincə, peyvəndlərin hazırlanması, əksinə, daha ciddi, daha üst səviyyədə yoxlanılır. Çünki bu məhlul  heç bir problemi olmayan, sağlam insana vurulur. Burda əlavə reaksiyanın olması qəbuledilməzdir: 
"Bu, yalnız mənim fikrim deyil. Həm ÜST, həm də digər tibb qurumları da bunu dönə-dönə deyir. Eyni zamanda mənim də həkim kimi öz müşahidələrim var. Hazırda pasiyentlərim arasında 300-ə yaxın peyvənd olunan uşaq var. Onlardan yalnız birində narahatlıq oldu. O da uşağın əlinə səhərdən -axşama qədər telefon veririrdilər. Ona görə də onda problem yarandı. 
Autizm kimi otistik davranış pozğunluğuna səbəb vaksinlər yox, həyatımıza girən texnologiyalar və qayğı yoxsulluğudur. Biz uşaqlığımızda məftildən maşın düzəldib onunla oynayırdıq. Yaradıcı bir şeylə məşğul idik. İndi isə uşaqların əlinə telefon, planşet verib kütləşdirirlər".
Hansı ölkənin vaksini effektlidir? 
Vaksinlərin hansı ölkələrdən gətirilməsinə gəlincə, həkim Azərbaycana yalnız Belçika və Niderland istehsalı olan peyvəndlərin gətirildiyini bildirib: 
"Qrip peyvəndinin Hindistan istehsalı yoxdur. Vaksinlər daha çox qablaşdırılma və doldurulmaya görə fərqlənə bilər. Belə məsələlər isə onun keyfiyyətini düşürmür. Bu ölkədə istehsal olunur, digər ölkədə qablaşdırılır".
Qızılcanı təbii yolla keçirən uşaqları gözləyən təhlükə
Peyvəndin çox vacib məsələ olduğunu vurğulayan pediatr bir vacib məqama da toxunub:
"Sizə narahatlıq doğuran bir məqamı da deyim. Ötən il nə qədər uşaq qızılca keçirdi və onlar arasında həyatını itirənlər oldu. O zaman da biz qızılca vaksini ilə bağlı çağırış edirdik. Təəssüf ki, sözümüzü dinləməyənlər, vaksindən yayınanlar oldu.
Amma qızılcanı vaksinsiz, təbii yolla keçirmək uşaqları çox təhlükəli xəstəliklə üz-üzə qoyur. (Subatut sklerozan panensefalit) Onlar sağalandan sonra 3-5 il içərisində təxminən 1000-1500 uşaqdan biri, (əvəllər 10 min deyirdilər, indi isə 1500) bu xəstəliklə üz-üzə qala bilir. Həmin uşaqlar qızılcadan sağalsa da, onlarda tədricən gücsüzlük,  yerişində problem, ayaqların tutulması, daha sonra ürəkbulanma, qaytarma kimi fəsadlar başlayır. 
Ardınca isə yavaş-yavaş beyinin funksiyaları itir və nəticədə uşaq ölümlə üz-üzə qalır və uzağı bir il, il yarım yaşayır. Valideynin də, həkimin də əlindən artıq heç nə gəlmir. Çox təhlükəli bir şeydir. Onu da deyim ki, bu yaxında bir nevroloq həmkarım da deyir ki, qabaqlar bu fəsad 3-5 il içərisində özünü göstərirdi. Amma ötən il vaksin olunmadan, qızılcaya təbii yoluxub sağaldığı zənn edilən 3 xəstə artıq bizə müraciət edib. Deməyim odur ki,  əvvəllər belə halların qızılcanın fəsadı olduğunu bilmirdilər. 
Amma indi tibb gəlişib və ölkəyə bu yöndə ixtisaslaşan mütəxəssislər gəlib. Onlar artıq bu əlamətlərlə özünü göstərən xəstəliyin nədən qaynaqlandığını daha tez təyin edirlər. Əvvəllər 3 ilə ona görə ortaya çıxırdı ki, xəstənin onurğa beyin mayesi, qızılca antiteli yoxlanılmırdı. Bunun qızılca ilə əlaqəsi bilinmədən uşaq səbəbsiz həyatını itiriridi. Amma indi dəqiq diaqnozlar qoyulur. 
Yəni rəqəm artmayıb, sadəcə diaqnoz daha erkən qoyula bildiyi üçün dəyişib. Bu səbəbdən uşağı vaxtında peyvənd etdirmək lazımdır ki, xəstəliyi təbii yolla keçirməsin".
Milli.Az

Xəbərlər     Baxılıb: 1762   Tarix: 11 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

toy makiyaji sekilleri qadın geyimi adlarin menasi infeksion xestelikler tanışlıq saytları intim qiymenin hazirlanmasi seks pozalari kosmetika ağır itki bayraq məsəllər qaynana vusale elizade