Qızılcanın yayılmasına səbəb... - Pediatr açdı sandığı, tökdü pambığı

Qızılcanın yayılmasına səbəb... - Pediatr açdı sandığı, tökdü pambığı"Bu gün bu qədər uşağın peyvəndsiz qalmasının başlıca səbəblərindən biri elə özəl klinikalarda baha qiymətə peyvənd vurulmasıdır".
Milli.Az musavat.com-a istinadən bildirir ki, bu fikirləri tanınmış pediatr Aytən İsmayılzadə bildirib. O deyib ki, insanların daha çox verdiyi sual elə bunu göstərir: "Valideynə maraqlıdır, niyə özəl klinikada bu qədər baha, dövlət poliklinikasındakı isə pulsuzdur. Deməli, burada keyfiyyət fərqi var. Bunu təsdiq edən fikirləri də tapanda əmin olur. Məsələn, biri deyir "bəs nə, özəl özəldir də, peyvəndi də keyfiyyətli olacaq". O  biri deyir "pulsuz olan nə keyfiyyətli ola bilər ki" və sairə.
Özəl klinikalar onlara olan marağın artmasından istifadə edərək peyvəndləmə işinə də girişdi.  Amma nəticə cəmiyyətimiz üçün yaxşı olmur. Çünki özəldə peyvənd etdirməyə pul tapmayan valideyn dövlət poliklinikasında da peyvənd etdirməyə özündə inam tapmır. Ona görə də qərara alır ki, yaxşısı elə peyvənd etdirməyim. Həmin uşaqlar da bu gün bir-bir qızılcaya yoluxur. Qızılca isə bildiyiniz kimi heç də rahat bir xəstəlik deyil. Umumiyyətlə, peyvənd şikəstlik və ölüm verə bilən xəstəliklərdən ötrüdür. Bunu unutmayın. Həm özəldə, həm dövlətdə peyvəndlər eynidir".
Həkim əlavə edib ki, özəl klinikalarda peyvəndləmə  ölkəmizdə insanlarda çaşqınlıq yaradır: "Əgər bu çaşqınlıq səbəbilə bir uşaq belə dünyasını dəyişirsə, ya onlarla uşaq riskli xəstəliklərə tutulursa, deməli bu məsələyə baxılmalıdır. Kim baxacaq? Səhiyyə qurumları. Əlbəttə, öz aralarında kim nəyə baxırsa  o... Amma elə nəyə necə baxıldığını görürük. Poliklinika həkiminin yaxası qalıb vətəndaşın əlində.
Valideynlər var ki, uşağını poliklinikada qeydiyyata salmayıb. Elə özəl klinikada müayinələri və peyvəndləri etdirir. Mən yanıma gələn hər yeni doğulmuşun valideyninə deyirəm, iki aydan sonra peyvəndlərin başlayır, ondan da öncə poliklinikada qeydiyyata düşürsən. Peyvəndlərini də poliklinikada etməyi deyirəm. Soruşurlar ki, özəl ya dövlət,  deyirəm, əlbəttə, poliklinika.
İndi bu fikrimdən sonra kəm baxışlar artacaq. Çünki özəl klinikada həkimlərə peyvənddən faiz qalır. Hələ klinikanın qazancını demirəm.  Amma mənə heç kimin fikri maraqlı deyil. Mənə maraqlı olan uşaqların sağlamlığıdır. Təkcə varlı ailənin yox, eləcə də kasıb ailənin. Biz seçimi insanlara buraxsaq, çox məsələdə  uduzarıq, qanunlarda dəyişiklik etmək lazımdır".
Milli.Az

Xəbərlər     Baxılıb: 1362   Tarix: 29 noyabr 2023
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

adlarin menasi maskalar geyim necə seçməli varikosel fransiz qadinlari kişi üzükləri qlazok yumurta kosmetika zehmet ve zinet bahar prostat kokelmek aslan