Qızını, oğlunu, bacısını və bacısı uşaqlarını öldürən qadının FOTOsu və qəribə cinayət səbəbi
Ötən gün 2 qadının 5 ailə üzvünü öldürməsi ilə bağlı məlumat vermişdik.
Milli.Az The Sun-a istinadla xəbər verir ki, cinayəti törədən ana ilə qızın polis idarəsində çəkilən fotoları əldə olunub.ABŞ-ın Pensilvaniya ştatının Morrisvil səmtində yerləşən binaya gələn polislər mənzildən 5 cəsəd tapıblar. Cəsədlər arasında 2 yaşlı əkizlər də olub.Cinayətdə şübhəli kimi 45 yaşlı Shana Decree və 19 yaşlı qızı Dominique saxlanılıb. Qadın digər qızını, oğlunu, bacısını və bacısıuşaqlarını qətlə yetirib.
Dominique ifadəsində bildirib ki, onun anası 3 nəfəri öldürdükdən sonra bacısı Jamelia 1 nəfəri öldürüb, anası da Jamelia-nı boğub.
Ağır bədən xəsarəti ilə xəstəxanaya çatdırılan Dominique özünə gələndə həkimlərdən ailə üzvlərinin sağ olub-olmaması barədə soruşub. O, daha sonra: "ölmək istəyirəm", - deyib.
Shana Decree iddia edir ki, cinayətin səbəbkarı Jamilla Campbellin sevgilisi və başqa iki adlarını bilmədiyi kişilərdir.
O, sonra ifadəsini dəyişərək polislərə azyaşlı əkizlər də daxil evdəki hər kəsin ölmək istədiyini və intihar barədə düşündüklərini söyləyib.
Daha sonra ana ilə qızı cinayəti etiraf etmək məcburiyyətində qalıblar.










İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin