"Qonaq getdik, 14 nəfəri yoluxdurdum" - Koronavirusa yoluxan həkimlə MÜSAHİBƏ - FOTO

"Qonaq getdik, 14 nəfəri yoluxdurdum" - Koronavirusa yoluxan həkimlə MÜSAHİBƏ - FOTOMən yoluxandan sonra dializ xəstələrində də çıxdı, kardiologiya şöbəsində də testi pozitiv çıxan xəstələr oldu. Onların koronavirus xəstəsi olduqlarını bilmədən müayinə edirdik, qorunmamışdıq.
Bunu Milli.Az-a müsahibəsində 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") həkim-radioloqu Günel Məmmədova deyib.
"Qonaq getdik, 14 nəfəri yoluxdurdum" - Koronavirusa yoluxan həkimlə MÜSAHİBƏ - FOTOSağaldıqdan sonra yenidən koronavirus xəstələrinin müalicəsi ilə məşğul olan həkimlə müsahibəni təqdim edirik:
Test götürülərkən artıq virusun hansısa simptomlarını hiss edirdiniz?
- Qəbul şöbəsində bir neçə xəstədə pozitiv çıxdı. Ona görə, may ayının 10-u biz həkimlərdən də test götürdülər. Məndə pozitiv çıxdı analiz, amma heç bir simptom yox idi. Asimptomatik (Simptomsuz) olduğuna görə Koroğludakı "Atletlər kəndi"nə apardılar. 10 gün "Atletlər kəndi"ndə qaldım, ayın 20-si iki dəfə test götürüldü, hər ikisi neqativ çıxdı. Heç həmin vaxt koronavirusun simptomları da məndə yox idi. Güman edirəm ki, mənim inkubasiya (Virusa yoluxduqdan simptomların hiss edildiyi müddət aralığı) dövrüm uzun olub. 
Koronavirusa görə ikinci dəfə karantinə alınmısınız. Səbəb nə idi?
- Evə gəldim, hardasa 3-4 gündən sonra evdə qayınatam, qayınanam, qızım və məndə əlamətləri başladı, üşütmə, titrətmə, temperatur qalxdı, dad-qoxu bilmədik. Test götürüldü, uşaqlarım, yoldaşım və məndə ailəliklə hamımızda pozitiv çıxdı. Hamımız Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yerləşdirildik. Məndə pozitiv çıxdı, 10 gündən sonra evdəkilərlə birgə yenidən analiz verdik. Ailə üzvlərimdə neqativ çıxdı, məndə yenidən pozitiv çıxdı. Məndə virus neqativləşmədi, əlavə 14 gün Tədris Terapevtik Klinikasında qaldım. Mən düz 1 ay 20 gün koronavirusla mübarizə apardım.
Müalicə zamanı hansı preparatlardan, dərmanlardan istifadə etdiniz?
- Ümumi müalicəni bildiyimə görə, temperatur qalxan kimi "Paraçitamol, "Azitromisin" bir də "Arbidol" qəbul etməyə başladıq. 2 gün sonra xəstəxanaya gedəndə artıq vəziyyətimiz yaxşı idi. Rentgen olunduq, ağciyərimiz şükür ki, təmiz çıxdı. Sistem köçürülürdü bizə. İkinci dəfə əlavə 14 gün müalicə müddətində mənə "Arbidol" verildi. 
"Qonaq getdik, 14 nəfəri yoluxdurdum" - Koronavirusa yoluxan həkimlə MÜSAHİBƏ - FOTOBelə çıxır ki, ailə üzvlərinizə siz yoluxdurmusunuz...
- Bəli! Mən düz 14 nəfəri yoluxdurdum. Ramazan bayramı vaxtı idi, qayınatamgildə idik. Təəssüf ki, baldızımın ailəsini, qaynımın ailəsini, qayınatam, qayınanam və öz ailəmi yoluxdurdum. İndi şükür, hər kəs sağalıb, hamı yaxşıdır. 
Ətrafınızda hələ də koronavirusun olduğuna şübhə ilə yanaşanlar var?
- Mən yoluxduğum dövrdə biganə yanaşanlar, inanmayanlar daha çox idi. Elə yoldaşımın ailəsi də bu virusa laqeyd yanaşırdı ki, "Sən onsuz da "Atletlər kəndi"ndə elə-belə yatmısan. Heç nəyin yoxdur sənin". Mən başa sala bilmədim ki, bu inkubasiya dövrü uzun ola bilər. Özləri yoluxandan sonra inandılar (gülür).
Koronavirusa yoluxmamaq üçün nə etməlidirlər?
- İnsanları çağırıram ki, karantin qaydalarına əməl etsinlər, sosial məsafəyə riayət etsinlər, maska taxsınlar ki, virusa yoluxmasınlar. Hər kəs mənim kimi yüngül keçirə bilməz. İndiki mutasiya olunmuş virusa yoluxanlar daha ağır keçirirlər. Mən koronavirus xəstələri üçün ayrılan 1 saylı Kliniki Tibbi Mərkəzdə ("Semaşko") iyulun 3-dən işdəyəm, yenə də qorunuram. Ağciyərim rentgen müayinəsindən təmiz çıxsa belə, simptomları elə də asan olmurdu: güclü əzələ ağrıları, yüksək temperatur titrətmə ilə. Mən, ümumiyyətlə, xəstələnən insan deyildim, çox nadir hallarda olardı. Bu xəstəliyi çox tez tutdum və siptomları çox idi. Hətta mən xəstəxanadan çıxandan sonra 2 həftəlik ev karantinim müddətində də virusun fəsadları hiss edilirdi. Ürəyim əsirdi, halsızlıq, iştahsızlıq var idi, dad-qoxu bilmə gec gəldi. Mən 1 ay 20 gün, demək olar ki, əziyyət çəkdim. 
Təhməz Təkin
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1843   Tarix: 21 iyul 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

turlar.az

kosmetik vasiteler gozel gorunmek geyim dəbləri ilk tibbi yardım uze qulluq maskalari gözəllik və makiyaj neyrosirkulyator distoniya kosmetika cantalar kahfe fali eqreb bir arzum var hakiwda