Qoxu itkisi və yuxusuzluğa diqqət: Gizli əlamət ola bilər
Parkinson xəstəliyi yalnız titrəmə ilə deyil, daha erkən və gizli simptomlarla da özünü göstərə bilər.
Milli.Az xəbər verir ki, bu barədə İrem Fatma Uludağ xəbərdarlıq edib.
Nevroloq bildirib ki, qoxu itkisi, yuxu pozğunluğu, qəbizlik və xırda əl yazısı kimi əlamətlər xəstəliyin erkən siqnalları ola bilər, lakin çox vaxt diqqətdən kənarda qalır.
Mütəxəssis qeyd edib ki, bəzi hallarda xəstəlik qeyri-adi şəkildə də üzə çıxır. Həmçinin, sadə qol ağrısı da yanlış diaqnoz qoyularaq gecikmiş şəkildə Parkinson kimi müəyyən edilə bilər.
Hər il 11 apreldə qeyd olunan Ümumdünya Parkinson Günü münasibətilə həkimlər erkən diaqnozun vacibliyini bir daha vurğulayıb.
Mütəxəssislər bildirir ki, düzgün müalicə, fiziki aktivlik və ailə dəstəyi ilə Parkinson xəstələri uzun müddət aktiv və müstəqil həyat sürə bilərlər.
Fidan
Milli.Az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Heyli Biber hamilədir? - Foto
Survivor 2027'nin kapitanları onlar oldu
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?