Qrip və kəskin respirator virus infeksiyası - FOTO

Qrip və kəskin respirator virus infeksiyası - FOTOQrip və  Kəskin Respirator Virus İnfeksiyası
Qrip və Kəskin Respirator Virus İnfeksiyası (KRVİ) haqqında nəyi bilmək lazımdır?
Qrip, ümumiyyətlə yuxarı tənəffüs yollarının, ən çox traxeya (nəfəs borusu) epitelinin selikli qişasında intoksikasiyanın inkişafı və zədələnməsi ilə ortaya çıxan A, B və C tipli virusların səbəb olduğu qısa inkubasiya dövrünə malik kəskin yoluxucu bir xəstəlikdir.
Xəstəlik sürətli və qlobal yayılmağa meyllidir, qripin ən təhlükəli fəsadı, əhali tərəfindən qazanılan pnevmoniyadır və bu da xəstəliyin əlverişsiz nəticəsinə səbəb ola bilər. Qrip xüsusilə xroniki xəstəliklərdən, ürək-damar, tənəffüs sistemi, şəkərli diabet və piylənmədən əziyyət çəkən insanlar üçün təhlükəlidir. Belə insanlarda qrip ciddi ağırlaşmalara səbəb ola bilər. Uşaqlarda qrip xroniki bronxial patologiyanın, haymoritə meylliyin, tonzillitin, otitin meydana gəlməsinə səbəb olur. Həmçinin uşaqlarda allergik patologiya meydana gətirir, psixomotor və fiziki inkişafın ləngiməsinə səbəb ola bilər, ikincili immunosupressiyaya yol aça bilər, ürək və damar xəstəliklərinə təşviq edə bilər.
Qrip və KRVİ-nin əsas törədiciləri və simptomları.
Kəskin viral tənəffüs yolu infeksiyalarına bir qrup yoluxucu tənəffüs yolu virusları səbəb olur, daha çox bu adenovirus, parainfluenza virusları, tənəffüs sinsitial virus (PC virusu), koronavirus, rinovirusdur.
Bu viruslar üçün ümumi olan, burun axıntısı, boğaz ağrısı, intoksikasiya ilə insanın yuxarı tənəffüs yollarının zədələnməsi kimi hallar müşayiət olunur, lakin həkimin ayırd edə biləcəyi klinik mənzərənin xüsusiyyətləri də olur. KRVİ zamanı orqanizmin intoksikasiyası qripdən daha az nəzərə çarpandır, daha az ağır fəsadlar baş verir.
COVID-19 və qrip arasında hansı fərqli cəhətlər vardır?
Qrip - istilik, öskürək, boğazda ağrı, əzələ ağrısı, baş ağrısı, burundan axmalar və ya burun tutulmaları, yorğunluq, bəzən qusma və diareya ilə özünü büruzə verir. Qripə yoluxmuş əksər şəxslər iki həftə ərzində sağalırlar. Bəzi insanlarda isə qrip ağır fəsadlar verir.
Günümüzün aktual mövzusu və bütün bəşəriyyətin bəlasında çevrilən Covid-19 koronaviruslar tərəfindən törədilən tənəffüs yolarının xəstəliyidir. Covid-19 - istilik, öskürək, tənəffüsün pozulması kimi əlamətlərlə başlayır. COVID-19 simptomları axıradək öyrənilməyiblər. Həmçinin hələ tam məlum deyil ki, nə qədər ağır ola bilər və COVID-19 yoluxan insanların neçə faizində yüngül simptomlar və ya ümumiyyətlə simptomsuz xəstəlik halları müşahidə oluna bilər.
Buna görə də, bu cür nəticələrin qarşısını almaq və ya azaltmaq üçün qrip və KRVİ profilaktikası daha aktualdır.
Qrip və KRVİ-nin hansı profilaktika üsulları vardır?
Qripə qarşı immunizasiya epidemiya mövsümü başlamazdan əvvəl aparılır, ən uyğun  tarixlər sentyabr-noyabr aylarıdır (dekabr ayı üçün də mümkündür). Vaksinlərlə immunizasiya infeksiyanın yayılmasından öncə aparılmalıdır ki, xəstəliyin epidemik yayılma dövrünə qədər insanlarda yeridilmiş preparata qarşı immun cavab formalaşsın. Vaksinasiyadan sonra vaksin vurulmuş şəxsin bədənində anticismlər 12-15 gündən sonra aşkarlanır, təsiri bir il davam edir. Hər mövsüm üçün qrip peyvəndi istehsal olunur, bunlara Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən proqnozlaşdırılan qrip viruslarının (ən azı 3) faktiki ştammları daxildir.
Lakin məlumdur ki, heç də hamiya qripə qarşı peyvənd vurulmur, bəzi insanlar isə özləri vaksinasiyadan imtina edir. Məhz buna görə xəstəlik insanlar arasında geniş yayılaraq il boyu dövr edir. Bəzi yaş qruplarına, xüsusilə yanaşı xəstəlikləri olan yaşlı insanlara vaksin vurdurmaq əks göstərişdir. Belə hallarda qrip epidemiyası başlamazdan əvvəl bir çox profilaktik tədbirlər həyata keçirmək, müqaviməti gücləndirmək lazımdır. Bu haqda internet və sosial şəbəkələrdə çoxsaylı həkim məsləhətləri və tövsiyyələr mövcuddur. Apteklərdə qrip və KRVİ-nin profilaktikası məqsədilə istifadə oluna bilən kifayət qədər vasitələr vardir. Yaxşı olardi ki, xəstəlik aktivləşməmiş, bütün ailəyə uyğun profilaktik vasitə əldə edərək epidemiya öncəsi istifadəyə başlayasınız.
Sağlamlığınıza və yaxınlarınızın sağlamlığına qayğı göstərmək, qrip və respirator virus infeksiyalarının profilaktikası üçün tövsiyələri həyata keçirmək, sağlamlığı qorumağa, həyat keyfiyyətini yaxşılaşdırmağa və ailə büdcəsinə qənaət etməyə kömək edəcəkdir.
Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliklərlə yanaşı müxtəlif xəstəliklərə qarşı effektiv və təsirli bir mübarizə üçün yüksək keyfiyyətli dərmanlar, təbii dərmanlar, kosmetik və gigiyena məhsulları, uşaq qidaları və tibbi ləvazimatlar üçün *7700 ilə əlaqə saxlayaraq axtardığınız dərmanları pulsuz çatdırılma ilə əldə edə bilərsiniz.
Sifariş üçün:
+99455 251 77 00 (WhatsApp) nömrəsinə yaza, və ya * 7700 ilə əlaqə saxlaya bilərsiniz.
Mobil tətbiq aptekonline.az.
Mobil tətbiqi buradan yükləyin:
aptekonline.az/qr /news.milli.az

Xəbərlər     Baxılıb: 2011   Tarix: 31 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

turlar.az

yemek reseptleri makiyaj instagram maskalar qas qalinlasmasi ucun maskalar soyuqdəymə müalicə karikatura qalstukun baglanmasi kosmetika novruz hakista video salam novruz hakışdaları cekc pornuxa