Rəhman Rəmişi təhqir etdi, cavabını arvadı verdi - VİDEO
Tanınmış gitara ifaçısı Rəhman Məmmədli ilə xalq artisti Rəmiş arasında səngiyən "müharibə" yenidən alovlanıb.
Gitara ifaçısının "Xəzər" Televiziyasının "5/5" verilişində xalq artistinin ünvanına söylədiyi təhqiramiz ifadə Rəmişin həyat yoldaşı Gülünü özündən çıxarıb.
Belə ki, R.Rəhmanov Rəmişin ünvanına "artıq o isimdən , o mövzudan iyrənirəm" deyib.
Xanim.az xəbər verir ki, yenicag.az məsələyə münasibət bildirmək üçün Rəmişlə əlaqə saxlayıb. Dəstəyi yoldaşına verməyən Gülü sualımızı eşidər-eşitməz qəzəblənib:
"O kimdir ki, Rəmişin ismindən iyrənsin? Rəmişi milyonlar sevir. Biz də dünəndən onun ismindən iyrənirik. Rəmiş öz işində, öz kefində, öz dünyasındadır. O kimdir ki, onun sözlərinə reaksiya verək? Cavab versək, onu reklam etmiş olarıq. Heç Rəmişimə imkan vermərəm ki, kimlərinsə sözünü eşidib əsəbiləşsin, əhvalını korlasın. Mən verirəm onun cavabını, yazın ki, Rəhmanın sözləri külək kimi yanımızdan ötüb keçir. Heç vecimizə də deyil, nə istəyir danışsın".
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin