Revmatizm nəsildən-nəslə keçə bilən xəstəlikdir - Həkim

Revmatizm nəsildən-nəslə keçə bilən xəstəlikdir - HəkimHavalar soyuyan kimi oynaq, sümük, bel və kürək ağrıları artır. Həmin ağrıların yaranmasının müxtəlif səbəbləri var. Onlardan ən geniş yayılanı revmatizmdir. Revmatizm hər yaş qrupunda, o cümlədən uşaqlarda əzələ, skelet və bağlarda müşayiət olunan xroniki haldır.
Milli.Az məlumatına görə, həkim-revmatoloq İlqar Məmmədov bildirib ki, revmatizm xəstəliyi əsasən genetik faktorlarla bağlıdır:
"Kəskin soyuq hava şəraitində hava təzyiqinin aşağı düşməsi ilə əlaqədar olaraq sinir sisteminin ağrıya həssaslığı artır. Xəstənin hansısa oynaq və əzələsində iltihab varsa, həmin sinirin həssaslığı daha da artmış olur. Xüsusilə periferik oynaqlarda, əl və ayaq barmaqlarında kəskin ağrılar, oynaqlarda şişkinlik olarsa və həmin ağrılar səhər yuxudan oyananda sərtliklə müşahidə olunarsa, ürəyin struktur elementində dəyişiklik və zədələnmə olub-olmadığını izləmək üçün exokardioqram aparılmalıdır".
Revmatizm ürəyə, qalxanabənzər vəzinə, gözə, dəriyə, hətta daxili orqanlara təsir edir: "Ümumilikdə revmatoloji xəstəliyi birdəfəlik aradan qaldırmaq mümkün deyil. Xəstəlik sakitlik mərhələsinə gətirilərək həyat davam edir. Həmin etiologiyanı tərpədən faktorlar var. İlk növbədə, hava şəraitinin dəyişməsi, bundan başqa stres faktoru, həmçinin fiziki və zehni gərginlik zamanı, eləcə də COVID-19 xəstəliyindən sonra xəstəliyin fəallaşması mümkündür".
Revmatik xəstələrdə ilk olaraq əzələ, bel, oynaq ağrıları və şişkinlik, ürək-damar, həzm sistemində problemlər nəzərə çarpır. Xəstəliyin müalicəsi uzunmüddətli də ola bilər. Müalicə bitəndən sonra xəstə pəhriz saxlamalı, orqanizmin gücləndirilməsi daim diqqət mərkəzində olmalıdır. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1575   Tarix: 13 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

maskalar geyim və ayaqqabılar qadin dunyasi goyemin faydasi ariqlamaq ucun yasil cay ciyer qovurma südlü şirniyyat kosmetika ağır itki vusale elizade atalar sözləri hakışta oğlaq