"Reytinq xatirinə səviyyəni aşağı salmısınız, sənətkar niyə gəlsin?

Əməkdar artist Abbas Bağırov da efir məkanını tənqid edib.
azxeber.com xəbər verir ki, Abbas bununla bağlı instaqramda "story"lər paylaşıb. Bağırov bu fikirləri yazıb:
"Bir çox televiziya aparıcılarına, müəyyən verilişlərin redaktor və direktorlarına sualım var! 20–30 ildən sonra bu gün efirlərinizdə nümayiş etdirdiyiniz bu səviyyəsizliyi hansı üzlə xatırlayacaqsınız? Gələcək nəsil sizdən soruşanda ki, Azərbaycan mədəniyyətini, bu qədər zəngin və bənzərsiz musiqi irsimizi necə qorudunuz, nə cavab verəcəksiniz? Deyəcəksiniz ki, efirə çıxardıqlarımız musiqidən xəbəri olmayan, yalnız sosial şəbəkədə "populyar" olan insanlar idi? Doğrudanmı bu gün kim izlənmə yığırsa, o da efirə çıxmalıdır? Bu qədərmi ucuzlaşmalıdır meyarlar?
Peşəkar Azərbaycan musiqisi hər zaman sevilib, hər zaman zirvədə olub və tarixdə əbədi yaşayacaq! Amma siz bu gün gənc nəslə elə ifalar və təqdimatlar göstərirsiniz ki, küçədə belə dinlənməsi insana xəcalət gətirər. Efir sadəcə şou deyil! Efir millətin aynasıdır! Efir gələcəyin yaddaşıdır! Siz isə bu aynanı bulandırırsınız… Bu yaddaşı zədələyirsiniz… Bu millətin musiqi adına qürur duyduğu dəyərləri ayaq altına atırsınız! Unutmayın, zaman hər şeyi yerinə qoyur. Amma tarix heç vaxt səhv tərəfdə duranları bağışlamır. Gələcək nəsilə doğru mədəniyyətimizi, zövqlü musiqimizi, həqiqi sənəti təbliğ etməliyik! Əgər deyəcəksiniz ki, "indi kim yaxşı musiqiyə qiymət verir?", "hamiya şou lazımdır", "dava-dalaş reytinq gətirir", onda sual verirəm: bu zövqü formalaşdıran kimdir?
Efir zövq yaradır. Efir istiqamət göstərir. Efir cəmiyyətin düşüncəsinə təsir edir. Əgər siz hər gün səviyyəsizi təqdim etsəniz, əlbəttə ki, səviyyəsiz alqışlanacaq. Amma siz bir yerdə qərar versəniz ki, yaxşısını, keyfiyyətlisini, peşəkarı təbliğ edək, onda görəcəksiniz ki, tamaşaçı da dəyişir, zövq də yüksəlir, keyfiyyət də öz yerini tutur! Birlikdə başlayın yaxşısını göstərməyə, dəyəri olanı efirə çıxarmağa, həqiqi sənətə meydan verməyə. O zaman görəcəksiniz ki, keyfiyyət nədir və necə olmalıdır! O zaman anlayacaqsınız ki, xalqın zövqü aşağı deyil, sadəcə ona seçim təqdim edən sizsiniz. Unutmayaq: biz gələcəyin musiqi yaddaşını bu gün yazırıq. Bir də bəzi aparıcılar efirdə belə deyirlər: "Yaxşılar, sənətkarlar gəlmir bizim efirə, biz də məcbur qalıb bayağıları dəvət edirik…" Doğrudanmı məsələ budur? İllərlə efiri 2-3-cü dərəcəli səviyyəyə salandan sonra, sənətkar niyə gəlib sizin verilişinizdə iştirak etməlidir? Reytinq xatirinə zövqü korlamısınız, dəyəri ucuzlaşdırmısınız, səviyyəni aşağı salmısınız, sonra da deyirsiniz ki, yaxşılar gəlmir.
Əvvəlcə konsepti köklü şəkildə dəyişmək lazımdır! Mühiti dəyişmək lazımdır! Dəyər anlayışını geri qaytarmaq lazımdır! Əgər siz bayağını alqışlatmağı bacarırsınızsa, deməli keyfiyyəti də alqışlatmağı bacarırsınız! Çünki tamaşaçı sizin təqdim etdiyinizə reaksiya verir. Yox, əgər birini bacarıb, digərini bacarmırsınızsa, deməli məsələ tamaşaçıda deyil… O zaman açıq demək lazımdır: Siz keyfiyyətin tərəfdarı yox, onun qarşısında dayananlardansınız".

Şou Biznes     Baxılıb: 896   Tarix: 22 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

.

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

.

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

.

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

.

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

.

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

.

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

.

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

.

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?

ABŞ-li pop-ulduz Selena Qomes özünün "Instagram" hesabında veypdən istifadəni dayandırdığını açıqlayıb. Məşhur müğənni səsində yaranan dəyişikliklərdən sonra elektron siqaret (veyp) çəkməmək barədə qərar qəbul edib

.

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

turlar.az

yay kolleksiyasi qaşların formalari geyim necə seçməli tərəzi bürcü azerbaycan haqqinda şirniyyat və tortlar doğuş kosmetika oxatan gözəllik gəncə sirin qogal oxu az