Röya Aygünə söz atdı: "Nə göydən sallanacam, nə də şpaqat açacam" VİDEO
Əməkdar artist Röya Ayxanın "Xəzər maqazin"ə açıqlaması diqqət çəkib.
Axşam.az-ın məlumatına görə, müğənni açıqlamasında xalq artisti Aygün Kazımovaya söz atıb.
Kazımova son günlər müsahibələrində "Həyatımda heç kim olmayanda çox çalışıram. Sevgi olanda işləmək olmur" sözləri ilə gündəmə gəlib.
Röya isə onun bu sözlərinə ad çəkmədən belə sataşıb:
"Mənim həyatımda adam varasa da, yoxsa da mən işləyirəm".
Mayın 5-də konsert verməyə hazırlaşan Röya daha sonra bunları əlavə edib:
"Konsertdə nə göydən sallanacam, nə də şpaqat açacam".
Qeyd edək ki, A.Kazımova sentyabrda verdiyi konsertdə göydən sallanaraq mahnı oxumuşdu.
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin