Röyadan Aygünün barışıq jestinə CAVAB: "Ətim töküldü"
Əməkdar artist Röya Ayxan xalq artisti Aygün Kazımovanın barışıq addımına reaksiya verib.
Axşam.az xəbər verir ki, Röya İnstaqram hesabında məsələ ilə bağlı xəbərləri paylaşaraq yazıb:
"Etim töküldü... Bəsdir də, xoda düşər xatirələr".
Qeyd edək ki, xalq artisti bu gün İnstaqram səhifəsində müzakirələrə səbəb olacaq paylaşım edib. Müəllimi, bəstəkar Vaqif Gərayzadəni ad günü münasibətilə təbrik edən müğənni maraqlı video yayımlayıb.
2002-ci ildə Heydər Əliyev Sarayında keçirilən "Gələrsiz-görərsiz" konsertindən olan videoda Kazımovanın küsülü olduğu bir çox məşhurlar - əməkdar artist Tünzalə Ağayeva, Röya Ayxan, müğənnilər Samir Bağırov, Natavan Həbibi, Elnarə Xəlilova və aparıcı Kamran Həsənli də yer alır.
A.Kazımova küsülü olduğu ifaçıların və aparıcını paylaşımında işarələyib. Onun təbrikinə N.Həbibi və E.Xəlilova şərh yazıb.











Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin