Saçı yağlı olan xanımlara - HƏKİM MƏSLƏHƏTİ

Saçı yağlı olan xanımlara - HƏKİM MƏSLƏHƏTİQadınların ən böyük problemlərindən biri saçlarının tez yağlanmasıdır. Gündüzlər yuyulan saçlar günortadan sonra artıq parıldamağa, yağlı görünməyə başlayır. Nəticədə xanımlar hər gün saçlarını yumağa məcbur olur. Qadınsaytı.az xəbər verir ki, dermatoveneroloq Elçin Sadıqov lent.az-a bildirib ki, yağlı saç deyə bir şey yoxdur, əslində saçlı dəri yağlıdır və bu yağ saçları yağlandırır. Düz saçlı insanlarda saçlı dəridə ifraz olunan yağ gün ərzində sürətlə saçlara yayılır. Buruq saçlı insanlarda isə yağ saçlara doğru az yayılır.
Yağlı saçın zərərləri nələrdir?
Həkimin sözlərinə görə, şiddətli dərəcədə olan yağlanmanın qarşısı alınmazsa, bu, saçlarda tökülməyə gətirib çıxarır. Bundan əlavə pitrosporium adlanan və saçlı dəridə olan bir göbələk sayını artıraraq, saçlarda kəpəklənməyə və seboreik ekzemanın ortaya çıxmasına və ya alovlanmasına səbəb olur. Bu səbəblə yağlanmanın qarşısının alınması saç və saç dərisinin sağlamlığı baxımından çox vacibdir.

Saçlar hansı intensivliklə yuyulmalıdır?

E.Sadıqov deyir ki, bir çox insanlar şampunların saçlı dərini deyil, saçları yuduğunu düşünür. Əslində şampunlar saçlı dərini təmizləmək və saçın sağlam qalması üçün icad olunub. Buna görə də şampun seçimi saçlı dəriyə uyğun edilməlidir. Yağlı saçın çox yuyulması saç dərisindəki yağ hüceyrələrinin buna öyrəşməsinə və saçların daha da çox yağlanmasına səbəb olur. Ona görə də yağlı saçlar günaşırı yuyulmalıdır.

Yağlı saçları olan xanımlara iki məsləhət təqdim edirik.

Limon suyu

Limon suyu toksinləri təmizləyərək, saçların yağ balansını da tənzimləyir. Yaşıl limon PH səviyyəsini nizamlayır. Dərinin sağalmasına yardımçı olur. Bir miqdar su ilə limon suyunu qarışdırın və saçlarınızı şampunla yuduqdan sonra bununla saçlarınızı durulayın. Saçlarınızın yağlılığı bir müddət sonra yox olacaq.

Aloe-vera

Eyni miqdarda bir xörək qaşığı aloe-vera və bitki mənşəli şampunu qarışdırın. Dairəvi hərəkətlərlə dərinizi bu qarışımla masaj edin. Dırnaqlarınızı saç dərisinə sürtməyin. Bunu həftədə 3 dəfə, ya da hər gün edin.
Milli.Az

Xəbərlər     Baxılıb: 2897   Tarix: 15 yanvar 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

turlar.az

həkim məsləhəti makiyaj instagram hamilelikde qidalanma kombinler 2026 yay qadın sağlamlığı sekis biskvitli tort resepti kosmetika dieta uzeyir dolça qoğalın nağlı hakista