"Şəhidə dil uzadana ÖLÜM HÖKMÜ VERİLSİN!" - Xoşqədəm Hidayətqızı

"Şəhidə dil uzadana ÖLÜM HÖKMÜ VERİLSİN!" - Xoşqədəm HidayətqızıXəbər verdiyimiz kimi, psixoloq Nərmin Şahmarzadə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu təhqir edib. O, sosial şəbəkədəki statusunda Mübariz İbrahimovu "cinayətkar və qatil" adlandırıb: "Azərbaycan kişisi deyəndə nümunə kimi Mübariz İbrahimovu çəkdi bir dostum, amma mən belə hesab etmirəm. Döyüş zamanı olsa, özünü və vətəni müdafiə deyərək insanı öldürməyə hardasa qəhrəmanlıq demək olar. Çünki dəyər hesab etdiyin insanlıq, mərhəmət hissini digər dəyər hesab etdiyin şeyə qurban verirsən, o öldürdüyün adama düşmən desən də, vicdanın sızlayar yəqin ki, buna görə dəyər hesab etdiyin şeyi qorumaq üçün digər dəyərindən imtina etməyinə bəlkə də qəhrəmanlıq demək olar. Amma döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükəsi olmadan birini öldürürsənsə, bu, qəddarlıqdır, mənə görə. Bəlkə də öldürdüyü erməni əsgəri bütün prosseslərdən sonra doğulmuş, zərrə günahı olmayan, sərhəddə qalarkən qorxu keçirən, evə qayıtmaq üçün gün sayan biri idi.

Bəlkə də yatarkən ailəsinə qovuşması üçün bir günün daha bitdiyini təsəvvür eləmişdi. Amma kimsə onu etmədiyi bir şeyə görə günahlandırıb öldürür. Həmçinin Mübariz sağ qalıb geri qayıtsaydı, hərbi cinayət işi açılacaqdı çox güman. Çünki əmr almadan sərhədi keçmişdi. Əslində, qəhrəman dediyimiz şəxs dövlətə siyasi olaraq təhlükə yaratmışdı. Bu yazı kimisə təhqir və ya gözdən salmaq məqsədilə yazılmayıb, sadəcə hər şeyi kor-koranə qəbul etmək asana qaçmaqdır".

Psixoloqun bu fikri sosial şəbəkələrdə ciddi müzakirə yaradıb. Sosial şəbəkə istifadəçiləri arasında Milli Qəhrəman barəsində bu cür fikirlər səsləndirən şəxsin cəzalandırılmasını tələb edənlər də az deyil.

BiG.AZ xəbər verir ki, Nərmin Şahmarzadənin Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı səsləndirdiyi fikirlərə Xəzər televiziyasında yayımlanan "Səni Axtarıram" verlişinin aparıcısı Xoşqədəm Hidayətqızı da öz etirazını bildirib.

O söyləyib ki, Azərbaycan, vətən, bayraq, millət dediyimiz şəhidə dil uzadan qadın gördüm:
"Ar olsun sizə. Biz o torpaqlar uğrunda gedib ölməyə belə razıyıq. Sən Xocalıda baş verənləri bilirsənmi? O torpaqlarda şəhid olan qardaşlarımızdan, ana-bacılarımızdan xəbərdarsanmı?Sən neçə ananın gözüyaşlı qaldığından xəbərdarsanmı? Mən bağırmaq istəyirəm. Neçə gündür içim partlayır. Sən nə danışırsan?! Mənim kimi kəndində qulağı, burnu kəsilən erməni gördünmü? Sən əsirlikdə qardaşının, atasının gözü önündə təcavüzə məruz qalan qız, qadın haqqında eşitdinmi ki, sən bu gün Mübarizə dil uzadırsan. O qadınların və öldürülən oğulların qisasını almaq istəyən şəhidimə, qəhrəmanıma, qardaşıma dil uzadırsan. Dilin qurusun sənin. Bilmirəm hansı cəza veriləcək, kim neyləyəcək, amma mən xahiş edirəm ki, elə bir qanun qəbul edilsin ki, şəhidə dil uzadana ölüm hökmü verilsin. Bu torpaq uğrunda canını fəda edən, qızının, gəlininin namusuna toxunub, Xocalıda əsirin ən böyük faciəsini törədən, əsirlərlə xalqımıza bu acılar yaşadan düşmənə dil uzadan şəhidə dil uzadanlara qanunla ən ağır cəza verilsin".
BiG.AZ
"Şəhidə dil uzadana ÖLÜM HÖKMÜ VERİLSİN!" - Xoşqədəm Hidayətqızı

Xəbərlər     Baxılıb: 2733   Tarix: 19 dekabr 2018
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

qaşların formalari aksessuarlar həkim məsləhəti ilk cinsi əlaqə bulkalar ayaqqabi ve cantalar xına bəzəkləri kosmetika baldiza aid haxisda irem derici nizami gəncəvi qizlar faydalı məsləhətlər