Səs tutulmasından necə xilas olaq? - TƏBİİ üsullar

Səs tutulmasından necə xilas olaq? - TƏBİİ üsullarƏsasən soyuq aylarda səs telləri iltihablaşır. Bu da insanın səsinin qismən yaxud da tam batması ilə nəticələnir. Bunun səbəbi boğaz və udlaq iltihabı, həm də bərk danışmaq ola bilər.
Milli.Az medicina.az-a istinadən bildirir ki, əgər faringit 2 həftədən uzun davam edərsə, səbəbi mütləq araşdırılmalıdır. Həkimlərin fikrinə görə, xəstəliyin ən çox rast gəlinən növü olan reflyuksdur. Bu, mədə tərkibindəki turşu və bənzəri həzm fermentlərinin qida borusuna düşməsi ilə ortaya çıxır və yemək borusunun üst hissəsindən keçərək boğaza təsir edir. Bu vəziyyətin səs tellərinə zərər verməsi xroniki faringitə səbəb olur. Xroniki faringit reflyuksdan başqa səs tellərindəki sinir zədələri, yaralar, poliplər və ya düyünlü zob kimi daha ciddi problemlərə bağlı olur.
Faringit çox zaman burun axması ilə müşahidə olunur . Xroniki faringit, sinusit , tonzilit dişlərin kariesi fonunda inkişaf edir. Siqaret çəkmək, spirtli içkilər, peşə zərərləri (toz, qaz) faringitin inkişafında xüsusi rola malkdir.
Maddələr mübadiləsi xəstəlikləri, ürək-damar sistemində durğunluq, qanyaradıcı vəzlərin xəstəlikləri də faringit səbəbləri arasındadır.
Simptomlar:
-Udlağın selikli qişasının irinli ərplə örtülməsi
-Udlaq follikullarının parlaq qırmızı dənələr şəklini alması
-Dilin ödəmi, hiperemiyası
-Udlaqda quruluq
Faringitin diaqnozu xəstənin vəziyyəti və fiziki müayinə ilə qoyulur. Müayinədə iltihabı reaksiyanı görmək üçün qulaq, burun və boğazın müayinə edilməsi lazımdır. Səs problemləri standart müalicələrlə 2 həftə ərzində müalicə olunur.
Səs telləri zədələndikdə onu təbii yollarla müalicə edə bilərsiniz:
-2-3 qaşıq kəklikotunu suda qaynadıb, ağız və burunu bir neçə dəfə onun buğuna tutmaq xeyirlidir.
-Qərənfil gülünü dəmləyib içdikdə səs telləri açılır.
-Xoruldamanın qarşısını almaq üçün bir neçə gün yatmazdan əvvəl 5-6 damcı bənövşə yağını buruna tıkmək məsləhətdir.
-Əvəlik ilə südlü sıyıq bişirib 2-3 gün yemək lazımdır.
- Yatmazdan əvvəl boğazınıza az miqdarda kamfora yağı çəkin və isti yun şərflə bağlayın.
-Yuxudan əvvəl ayaqlarınıza xardal əlavə olunmuş isti vanna edin və isti yun corab geyinin.
-1 stəkan isti südə 1 çay qaşığı kərə yağı və 1 çay qaşığı bal əlavə edin, yağ əriyənə qədər yaxşı qarışdırın və için.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 10357   Tarix: 14 dekabr 2019
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

geyim və ayaqqabılar aksessuarlar sade makiyaj sekilleri pul kisəsi utunun altini nece temizlemek gözəl xanım qutab xemiri kosmetika yuxuda qara ilan gormek usaq seirleri geyim yemek reseptleri sağlamlığa aid atalar sözləri