Sevda qazancından danışdı: "Bu günə qədər olan qazancım..."
Yerli şoubiznesdə müğənniliklə yanaşı reklamdan gəlir əldə edən ifaçılar az deyil.
BiG.AZ xəbər verir ki, bunlardan biri də Sevda Yahyayevadır:
"Bu zamana kimi 16-ya yaxın reklam şirkətinin siması olmuşam. Bura kosmetika, xəz dəri, gözəllik mərkəzi, restoran, saç boyası daxildir. Qonarara gəldikdə isə statusuma uyğun tələb edirəm. Hər bir reklamın öz qiyməti var. Amma onu da deyim ki, bu günə olan qazancım məni qane edir. Əziyyətimin bəhrəsini görürəm".
Sənətçi onu da qeyd edib ki, ondan heç bir zaman "Biznes ledi" olmaz:
"Serialda görmürsüz ki, o boyda şirkəti idarə edə bilmirəm. Hamı mənə düşməndir".
xidmetler