Sosial şəbəkənin bu məşhur siması VƏFAT ETDİ
YouTube-da populyar "TheAngryGrandpaShow" akkauntunun banisi və müəllifi Maykl Qrin atasının, internetdə "ən qəzəbli baba" kimi tanınan 66 yaşlı Çarlz Qrinin vəfat etdiyini bildirib.
Xanim.az Milli.Az - a istinadən bildirir ki, akkauntda bununla bağlı video paylaşılıb.
Videoda ağlayan Qrin atasının dəri xərçəngi ilə uzun müddətdən bəri davam edən mübarizədən sonra vəfat etdiyini söyləyib.
Onun sözlərinə görə, atasında dəri xərçəngi fevralda aşkarlanmışdı.
"On ildən bəri davam edən gözəl macəramıza görə, YouTube-dan topladığım pulla atama arzusunun maşınını almağıma görə minnətdaram", - Maykl Qrin söyləyib.
"TheAngryGrandpaShow" akkauntunun 3,4 milyon daimi təqibçisi var.
Kanalı məşhurlaşdıran oğlunun zarafatlarına çox qəzəbli reaksiya verən, mebeli və oğlunun qacetlərini darmadağın edən Çarlz Qrinin davranışı idi.
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz