Türkiyədə içərisində məşhur influenserlərin də olduğu 30 hesab bloklandı
Türkiyə Ticarət Nazirliyi qeyri-qanuni mərc və qumar oyunlarını təbliğ edən yüksək izləyicisi olan 30 sosial media hesabının bloklandığını açıqlayıb.
azxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, reklam şurasının qiymətləndirməsindən sonra qeyri-qanuni mərc və qumar oyunlarını reklam etdiyi və istehlakçıları müxtəlif qeyri-qanuni saytlara yönləndirdiyi müəyyən edilən yüksək izləyicisi olan 30 sosial media hesabına girişin bloklanması qərara alınıb.
Bundan başqa, sözügedən sosial media hesabları və qanunsuz mərc və qumar saytlarının sahibləri ilə bağlı hüquqi araşdırmaların başlanması üçün aidiyyəti orqanlara lazımi ərizələrin verilməsi qərara alınıb.
Bloklanan konkret hesablar hələ açıqlanmasa da, sosial mediada fenomen olan Murat Övüç və Mert Sarıçın hesablarına Türkiyədən daxil olmaq mümkün deyil.
İki məşhur influencerin hesablarının da nazirliyin diqqətini çəkən 30 hesabla eyni səbəbdən bloklandığı guman edilir.
Aysel









Hakışta
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Bu qidalar beyin damarlarına zərər verə bilər
Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun