Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir' - Nərgiz Babayeva

Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir' - Nərgiz BabayevaHəkimlik yolundan sahibkarlığın incə dünyasına addım atan Nərgiz Babayeva öz adını tarixə "süfrələrin memarı" kimi yazdırdı. O, yalnız dadı deyil, süfrə mədəniyyətini də sənət səviyyəsinə yüksəldən bir vizionerdir. "My Dom Nargiz" brendi ilə hər detala, hər incə toxunuşa həyat verərək, sadə yeməkləri xatirə dolu təcrübələrə çevirir.
Nərgiz xanımın hekayəsi – əzmkarlığın, zəhmətin və inamın qüdrətli gücünün canlı nümunəsidir. O, gənclərə yalnız sahibkar olmağın yollarını göstərmir; həm də uğur üçün lazım olan ilhamı, süfrənin incə zərifliyini və dizaynın poetikasını bölüşür. Hər bir süfrə onun əli ilə həyat tapır, hər bir detal onun ruhundan danışır.
Nərgiz Babayeva – qadın gücünü incəliklə birləşdirən, biznesi və sənəti harmoniya ilə yoğuran parlaq simadır.
Nərgiz Babayeva azxeber.com-un "Uğurlu qadın" rubrikasının qonağıdır. Müsahibəni təqdim edirik: 
- Həkimlikdən sahibkarlığa keçən yolu necə təsvir edərdiniz?
- Mənim həkimlik yoluna çıxmağımda valideynlərimin böyük rolu olub. Onlar mənim üçün bu peşəni seçdilər və mən də onların arzularını gerçəkləşdirdim. Amma insan yalnız öz ürəyindəki arzunu reallaşdıranda, həqiqətən nə istədiyini tapanda xoşbəxt olur. Çünki peşə – sadəcə iş deyil, həm də həyat eşqidir.
Mənim ürəyim isə hər zaman mətbəxin sehrində, dizaynın incəliklərində döyünüb. Fantaziyalarım, yeniliklərim o qədər çoxdur ki, bu sahədə istənilən insana rəqabət aparmağa hazıram. Bu istiqamətdə özümə güvənim çoxdur. Axı boşuna mənə "süfrələrin memarı" deməyiblər (gülür)
Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir' - Nərgiz Babayeva- Ana, sahibkar qadın və nənə olmaq... Bunların hansı çətinlikləri var?
- Mənim həyatımda ailə hər şeyin mərkəzindədir. İki qızım, bir oğlum, iki kürəkənim və sevimli nəvələrim var. Amma mən nənəliyi yalnız uşaqları qucaqlamaqla yox, onlara güclü örnək olmaqla yaşayıram. Hesab edirəm ki, əsl nənəlik yaşım nəvələrimin övladlarını qucağıma alanda gələcək (gülür).
Mənim üçün nənəlik gələcək nəsillərə güc, müdriklik və inam mirası qoymaqdır. Mən istəyirəm ki, övladlarım və nəvələrimin timsalında hesab edirəm ki, gənc nəsil yanlarında daim çalışan, uğur qazanmaqdan qorxmayan, həm ana, həm sahibkar, həm də qadın olaraq öz ayaqları üstündə duran bir insan görməlidilər. Biz bu formada gələcək nəsillərə nümunə olsaq hesab edirəm ki, onlar da uğur qazanacaqlar.
Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir' - Nərgiz Babayeva- "Uğurlu qadın" olmaq üçün nə etmisiniz?
- Əlbəttə, uğurun arxasında hər zaman seçimlər dayanır. Mən də çox zaman şəxsi arzularımı, qadın olaraq istədiklərimi kənara qoyaraq işimə, övladlarıma və gördüyüm işin gələcəyinə üstünlük vermişəm. Amma buna qurban kimi baxmıram. Çünki sevdiyim işin, ailəmin və yaratdıqlarımın verdiyi güc mənim üçün ən böyük xoşbəxtlikdir.
Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir' - Nərgiz Babayeva- Günümüzdə boşanmaların sayı artıb. Çox zaman ayrılıqlardan sonra münasibətlər gərginləşir. Boşanmış qadın üçün bu, cəmiyyətdə özünü təsdiqləmək baxımından çətinlik yaradırmı? Boşanmış xanım kimi bu barədə təcrübənizdən çıxaran nəticəni paylaşa bilərsinizmi?
- Mənim fikrimcə, ayrılıq həyatın sonu deyil. Əksinə, hər kəsin öz yolunu tapması üçün bir seçim ola bilər. Əsas məsələ münasibətləri hörmət üzərində saxlamaqdır. Təəssüf ki, boşandıqdan sonra bir çox ailələr düşmən kimi ayrılırlar, amma mən bunu doğru hesab etmirəm. İnsanlar övladları üçün, həm də öz ləyaqətləri naminə dostluq və anlayışı qorumağı bacarmalıdırlar. Mənim üçün önəmli olan ailəmin xoşbəxtliyi və münasibətlərdə səmimiyyətin itirilməməsidir.
Övladlarımın atası ilə münasibətimiz qarşılıqlı hörmət üzərində qurulub. Valideyn olaraq övladlarımız üçün hər zaman birlikdəyik, onların sevincli günlərində yan-yana olmağa çalışırıq. Həyatda hər kəsin öz yolu var, biz də dostluq və anlayışla münasibətimizi davam etdiririk.
Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir' - Nərgiz Babayeva- Gərgin iş rejiminizdə özünüzə vaxt ayıra bilirsinizmi?
- Uzun illər işim mənim bütün vaxtımı aldı. "My Dom Nargiz"in bu qədər sürətlə tanınacağını heç təsəvvür etməzdim. İnsanların məni tanıması, dəstək göstərməsi əlbəttə ki, qürurvericidir. Amma bir məqamı dərk etdim: uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir.
Bu gün həyatımın ayrılmaz hissəsi idman, yoqa və meditasiya olub. Çünki güclü qadın olmaq təkcə işdə nəticə göstərmək deyil, həm də ruhunu və bədənini qorumaqdır. Mən inanıram ki, insan özünü sevəndə, balansı tapanda həm ailəsinə, həm də işinə daha çox enerji verə bilir.
- Bu qədər gənc qalmağınızın sirri budur?
- Mənim sirrim çox sadədir: özümə qayğı göstərmək. İdman, yoqa, meditasiya artıq həyatımın ayrılmaz hissəsinə çevrilib. Gecələr özümü yormuram, vaxtında yatır, səhərlər tez oyanıram. Çünki bilirəm ki, mən yaxşı olanda ətrafımda hər kəsə də yaxşı enerji verə bilirəm. Bəlkə də gənc qalmağımın əsas səbəbi budur – özümü sevmək və balansı qorumaq.
- Sizi xoşbəxt qadın adlandırmaq olar?
- Mən özümü xoşbəxt hesab edirəm. Çünki həm sahibkar kimi sevdiyim işi görürəm, həm də ana kimi övladlarımın sevgisini duyuram. Mənim üçün xoşbəxtlik – uğurla ailə sevgisinin vəhdətidir. Əgər bunları qazanmışamsa, demək ki, həqiqətən xoşbəxt qadınam.
Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir' - Nərgiz Babayeva- Restoranlarınızın fərqi nədədir?
- Mənim üçün "My Dom Nargiz" sadəcə restoran deyil, bir incəsənət məkanıdır. Burada hər süfrə, hər təqdimat bir əsər kimidir. Başqaları ayın sonunda yalnız gəlirlərinə baxırsa, mən insanların gözlərindəki heyrəti və dilindəki sualı gözləyirəm: "Nərgiz bu dəfə hansı yeniliyi etdi?" Mənim üçün əsas qazanc da elə budur – insanların yaddaşında iz qoymaq.
- Bu konsepsiyanı xaricdə də davam etdirmək istərdinizmi?
- Əlbəttə, bu mənim böyük arzularımdandır. İstanbulda layihə açmaq planım olub, bəli, müəyyən çətinliklər də yaşandı. Amma mən inanıram ki, istedadı və əməyi heç kim əlimdən ala bilməz. Sadəcə zaman lazımdır. Mənim yolum dayanmadan davam edir və əminəm ki, "My Dom Nargiz"in qapıları bir gün başqa ölkələrdə də açılacaq.
Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir' - Nərgiz Babayeva - Gənc sahibkar qadınlara hansı məsləhətləri verərdiniz?
- Mənim fikrimcə, qadın uğura gedən yolda ilk növbədə ailə dəyərlərini unutmamalıdır. Çünki insanın kökü, dayağı elə ailəsidir. Mən bu illər ərzində qazandığım hər şeyi halal zəhmətimlə əldə etmişəm və bunun üçün hər gün Allaha şükür edirəm.
Yeni yola çıxan qadınlara demək istəyirəm ki, iş həyatında nə qədər güclü olsanız da, ailənizi, sevdiklərinizi diqqətdən kənarda qoymayın. Həyat bəzən arzuladığımız kimi olmur, amma bizi güclü edən də elə yaşadığımız çətinliklərdir. Mənim də sınmış anlarım olub, amma hər göz yaşı məni daha dözümlü və iradəli edib. Və ən önəmlisi – risk etməyi bacarın. Çünki risk etməyən heç vaxt böyük uğura çata bilmir. Sahibkarlıq – həm cəsarət, həm də inam tələb edən yoldur.
Günel Hüseynli

Şou Biznes     Baxılıb: 1126   Tarix: 17 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Pərvin Abıyeva ağır xəstəliyindən danışdı: '32 yaşımda düzgün diaqnoz qoyuldu

Aktrisa Pərvin Abıyeva keçirdiyi ağır xəstəliklə bağlı açıqlama verib. xəbər verir ki, aktrisa axlorhidriya xəstəliyindən əziyyət çəkdiyini və uzun illər düzgün diaqnoz qoyula bilmədiyini bildirib. "Bu əməliyyat Azərbaycand

.

Elşən Ozan Akbaba ilə bir arada - Fotolar

Aktyor Elşən Orucov türkiyəli həmkarı Ozan Akbaba ilə bir araya gəlib. xəbər verir ki, sənətçilər "Çırak 2" serialının çəkiliş meydançasında görüşüblər. Ekran işində rol alan Elşən layihənin birinci hissəsində d

.

Ülkü Hilal Çiftçi məşhur filmdə rol alacaq

Türkiyənin məşhur "Aşk Tesadüfleri Sever" filminin üçüncü hissəsinin çəkilişlərinə 7 iyul tarixində start veriləcək. Türkiyə mətbuatına istinadən xəbər verir ki, filmin baş rollarında Mehmet Günsür və Devrim Özka

.

ARB ilə Nuran arasında nə baş verir? - Açıqlama

Müğənni Nuran ilə ARB TV arasında gərginlik yarandığı iddia olunub. xəbər verir ki, bu barədə müğənni özü məlumat verilib. Məlumata görə, buna səbəb müğənninin öncədən lentə alınmış görüntü və açıqlamalarının heç bir rəsm

.

Anşlaq, alqış, sənət – Eyyub Yaqubovdan unudulmaz konsert

Xalq artisti Eyyub Yaqubov Heydər Əliyev Sarayında keçirilən solo konsert proqramı öncəsi media nümayəndələrinin suallarını cavablandırıb, yaradıcılığı və konsertlə bağlı fikirlərini bölüşüb. xəbər verir ki, sənətkarın sözlərin

.

"Çirkin"in aktyoru nişanlandı - Foto

"Çirkin" serialının aktyoru Olqun Toker sevgilisi Yağmur Karakılınçla nişanlanıb. xəbər verir ki, aktyor sevgilisini Bursada yaşayan ailəsindən istəyib. Tokeri bu özəl günündə həmkarları Diren Polatoğulları və Mustaf

.

Ceki Çan Bakıya gəldi

Dünya şöhrətli aktyor Ceki Çan Bakıya gəlib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd edək ki, Ceki Çanın "Tanrının Zirehi 4" (Armour of God 4: The Ultimatum") adlı beynəlxalq fil

.

Fatih Terim azərbaycanlı müğənni ilə bir arada — FOTOLAR

Zamiq Hüseynov Türkiyənin Bodrumda tanınmış simalarla görüşüb. "Yeni Sabah"a istinadən xəbər verir ki, müğənni Yunus Akgün, Uğurcan Çakır, eləcə də məşqçi Fatih Terimləı ünsiyyətdə olub. Z.Hüseynov görüş zaman

.

Xoşqədəm Hidayətqızı və Doğuşun istirahət - FOTOLARI

Tanınmış teleaparıcı, əməkdar jurnalist Xoşqədəm Hidayətqızı istirahətdən ailə fotolarını paylaşıb. xəbər verir ki, o fotolara "bizim komanda ən yaxşıdır" başlığını yazıb. Fotolar böyük maraqla qarşılanıb. Həmi

turlar.az

qaşların formalari toy makiyajlari donlar 2026 maskalar oxatan burcu gavalının faydaları payız xəstəlikləri kosmetika vətən həsrəti hakistalar novruz hakistasi həmidə bayatılarımızda vətən həsrəti