Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun bir nömrəli düşmənini AÇIQLADI

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun bir nömrəli düşmənini AÇIQLADIÜST (Ümumdünya Səhiyyə Təşkilatı) əl yumanı koronavirusun yayılmasının qarşısını alan ən təsirli vasitə kimi tanıyır.
Milli.Az xəbər verir ki, əllərin yuyulması adi nüans kimi görünsə də, ÜST təmiz əllərin koronavirus infeksiyası riskini azaltmağın ən təsirli yollarından biri olduğunu qəbul edib. Təəssüf ki, insanların 95 faizi əllərini səhv yuyur. Ekspertlər açıqlayıb ki, əlləri yumaq əslində bir elmdir!
Alimlər gigiyena vərdişlərini necə müəyyənləşdirdi?
"Journal of Environmental Health" jurnalında dərc edilən məqalədə göstərilib ki, amerikalı elm adamları ictimai tualetlərdə insanların gigiyenik qaydaları necə həyata keçirdiklərini izləyib. Nəticədə 3749 nəfər qeydə alınıb. Müvafiq məkana gələn hər üç nəfərdən biri əlini yuyarkən sabun istifadəsini zəruri saymayıb, 10 nəfərdən biri isə ümumiyyətlə başını qürurla qaldıraraq çanağın yanından keçib. Qadınlar kişilərə nisbətən daha səliqəli davranıb, 77,9% hallarda sabundan istifadə edib, kişilərin isə yalnız 50,3%-i.
Ümumilikdə ABŞ-da Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi tərəfindən aparılan onlarla araşdırma da bu nəticəyə gəlib ki, əllərin hərtərəfli yuyulması hətta ən təhlükəli xəstəliklərin yayılmasının qarşısını ala bilər. Və bu yalnız respirator koronavirusu deyil, həm də sətəlcəm və kəskin ishal ilə müşayiət olunan xəstəliklərdir. Odur ki, yalnız əlləri yumaqla gündə minlərlə insanın həyatını xilas edə bilərsiniz.
Əllərin yuyulmasının 5 qızıl qaydası
1. Ən azı 20 saniyə əllərinizi yuyun. Unutmayın ki, əllərinizi yuyarkən saniyələr sürətlə getmir, odur ki, ölçülmüş sürətlə hesablamalısınız. Və beləliklə minimum iyirmiyə qədər sayın.
2. Yalnız ovcunuzu deyil, həm də hər iki əlinizin də arxa hissəsini yuduğunuza əmin olun.
3. Tualetdən istifadə etdikdən, burnunuzu sildikdən, hər öskürəkdən və ya asqırıqdan sonra əllərinizi mütləq yuyun.
4. Yeməkdən əvvəl, yemək zamanı və sonra əllərinizi yuyun.
5. Xəstə insanlarla danışdıqdan dərhal sonra əllərinizi yuyun. Məsələn, qrip virusu səthdə 5-10 saniyə yaşaya bilir. Bu müddət ərzində əllərinizi yumamısınızsa, virusun daşıyıcısısınız və onu başqalarına da yoluxdura bilərsiniz.
Yadda saxlayın ki, antiseptik məhlullar əlləri yumaq qədər təsirli deyil. Onların effektiv olması üçün tərkibi ən az 60% spirt olmalıdır, odur ki, ÜST əl yuma məsələsini mütləq prioritet sayır. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2208   Tarix: 14 mart 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

geyim dəbləri donlar 2026 gozel gorunmek cinsi mövzular hər gün bal ziyafət geyimləri 2026 toy gecəsi kosmetika bürcler penis vətən ariqlamaq meseller