ÜST: Qarayara xəstəliyinin yayılma riski yüksəkdir

ÜST: Qarayara xəstəliyinin yayılma riski yüksəkdirÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) Zambiya və ətraf regionda qarayara xəstəliyinin yayılma riskini yüksək qiymətləndirir.
Milli.Az report-a istinadən xəbər verir ki, ÜST-ün Cenevrədə dərc olunan bülletenində bu ölkədə 684 nəfərdə qarayara şübhəsi ilə yoluxma faktı aşkarlanıb. Dörd nəfər ölüb.
ÜST diqqəti ölkənin 10 əyalətindən 9-na təsir edən Zambiyada mövcud olan qarayara xəstəliyinin "görünməmiş" xarakterinə yönəldir. Əvvəlki böyük epidemiya 2011-ci ildə baş vermişdi. Həmin vaxt bu xəstəliyə şübhəli 511 hal qeydə alınıb. Hazırda epidemiya Zambezi çayı hövzələri və onun qolları olan Kafue və Lunqva boyunca yerləşən əyalətlərdə yayılır. "Zambiya daxilində yayılma riski heyvanların əyalətlər arasında məhdudiyyətsiz hərəkəti səbəbindən artıb", - təşkilatdan bildirilib.
"Regional səviyyədə risk həm heyvanların, həm də insanların Zambiya ilə qonşu ölkələr, o cümlədən Anqola, Botsvana, Konqo Demokratik Respublikası, Malavi, Mozambik, Namibiya, Tanzaniya, Uqanda və Zimbabve arasında tez-tez hərəkəti səbəbindən yüksək hesab olunur", - təşkilatdan bildirilib.
Təşkilat xatırladıb ki, 2023-cü ildə Zambiyada ilk qarayara yoluxma halı iyunun 16-da aşkar edilib və noyabrın 20-nə olan məlumata görə, ölkədə bu xəstəliyə yoluxma şübhəsi ilə artıq 684 nəfər var. Bu hallar Zambiyanın 116 rayonundan 44-də qeydə alınıb.
Qarayara xəstəliyi insanlar və məməlilər üçün dünyada ən təhlükəli infeksiyalardan biri hesab olunur. Bəşəriyyətin xəstəliyin öhdəsindən gəlməyi öyrənməsinə baxmayaraq, infeksiyanı tamamilə aradan qaldırmaq hələ mümkün olmayıb. Onun epidemiyaları vaxtaşırı müxtəlif ölkələrdə baş verir. Bir dəfə yoluxduqda, xəstəlik sürətlə inkişaf edir, bakteriyalar torpaqda illərlə qala bilər.
Milli.Az

Xəbərlər     Baxılıb: 1453   Tarix: 09 dekabr 2023
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

geyim seçimi yay kolleksiyasi toy gecesi balıqlar bürcü xəyanət azad qadin gözəl geyimlər kosmetika kley lekesi klitor rus dili vətənə aid sevda