Valideynlərə XƏBƏRDARLIQ - Bu uşaqlar böyüyəndə qatı cinayətkar ola bilər

Valideynlərə XƏBƏRDARLIQ - Bu uşaqlar böyüyəndə qatı cinayətkar ola bilərSon vaxtlar valideynlərin həkimlərə övladları ilə münasibətləri barədə müraciətlər çoxalıb.
Bunlar arasında uşaqların dərsi qavraya bilməməsi, həmçinin valideynlə uşaq arasında dərs öyrənmə prosesində problemlər yaranması kimi məsələlər də var.
Nəticədə, valideynlə övlad arasında, eyni zamanda müəllimlə şagird arasında konflikt yaranır. Eyni problem bağçalarda da mövcuddur.
Bu məsələ ilə əlaqədar doktor psixiatr Aytən Namazova ilə danışdıq. H
Milli.Az xəbər verir ki, həkim baku.ws-ə açıqlamasında bunun səbəbini belə açıqladı:
"Altda yatan hansısa neyropsixiotik pozuntu ola bilər. Burada əsas 3 qrup xəstəliyi qeyd etmək istəyərdim.
Birinci qrupda diqqət əksikliyi və hiperaktiv pozuntudur. İkinci qrupda autistik spektr pozuntusudur. Üçüncü qrupda isə əqli gerilik, yəni inkişaf geriləməsidir.
Birinci qrupda diqqət əksikliyi və hiperaktiv pozuntu olan uşaqlar bətndaxili dövrdə həddən artıq dərəcədə hərəkətli olur və hətta ana bundan narahat olur, həkimə şikayət edir.
Uşaq doğulub, müəyyən inkişaf etdiyi etapda gəzməyə başlayır. Bu zaman uşaq valideynin əlindən qaçır, özünü maşının üstünə atır.
Bu xüsusiyyət özünü daha çox hərəkətlə ifadə edir. İrəliləyən mərhələdə uşaq məktəbə gedir. Tədris illərində uşaq diqqətini dərsə yönəldə bilmir.
Gözü müəllimə baxır, lakin fikri başqa yerdə olur. Müəllim sual verdikdə onu dinləmədən cavab verir. Bunlar diqqət əksikliyidir.
Hiperaktivlik pozuntu zamanı isə uşaq həddən artıq dərəcədə hərəkətli olur. Dərs prosesini pozur. Digər uşaqlarla yola getmir, qeyri-etik ifadələr işlədir.
Bəzən bu özünü impulsivliklə ifadə edir. Yəni hansısa hərəkəti edir, yaxud qeyri-etik ifadə işlədir və sonradan onun peşmanlığını çəkir.
Əgər 12 yaşına qədər diaqnoz qoyulursa, bu, diqqət əksikliyi və hiperaktiv puzuntu deməkdir. Əgər 12 yaşından böyükdürsa, bu zaman digər pozuntularla ifadə edilə bilər.
Bu, vaxtında müalicə olunmazsa, həmin uşaqlar gələcəkdə maddə asılılığına, alkoqol istifadəsinə və cinayətə meyilli olurlar. Hətta onlar ən qatı cinayətkara belə çevrilə bilərlər", - deyə Aytən Namazova bildirib.
Həkim deyir ki, ikinci qrup isə autistik spektr pozuntusudur:
"Günümüzdə ən geniş yayılmış autistik pozuntudur. Autizmli uşaqlar digərlərinə nisbətən dərslərdə və bacarıqlarında ləngimiş ola bilirlər.
Belə uşaqlar digərlərindən fərqli olaraq qavramaq problemləri yaşayırlar. Burada söhbət yüngül dərəcəli autizmdən gedir. Uşaq dərsi doğru-dürüst qavraya bilmir.
Əgər bu, yüngül dərəcədədirsə, digər uşaqlardan az fərqlənir. Əgər orta və ağır autizmli uşaqdırsa, bu zaman normal uşaqlarla birgə təhsil almaqda çətinlik çəkirlər".
Aytən Namazova deyir ki, üçüncü qrup isə əqli gerilik və inkişaf ləngiməsi olan uşaqlardır:
"Bunlar da yüngül, orta, ağır və çox ağır formalarda olur. Əqli gerilik və inkişaf ləngiməsi yüngül formada olan uşaqlar məktəbdə dərslərdə çətinlik çəkirlər. Hətta gələcəkdə psixoloji dəstək alsalar belə, öz yaşıdlarından geridə qalırlar.
Orta əqli gerilik və inkişaf ləngiməsi olanlar isə ancaq 11-ci sinif təfəkkürü formalaşa bilir.
Ağır dərəcəli əqli gerilik və inkişaf ləngiməsi müşahidə olunan uşaqlarda nitq ümumiyyətlə olmur. Çox ağır xəstələrdə isə hərəkət məhdudluğu və danışa bilməmək problemi olur".
Bu uşaqlar qatı cinayətkar ola bilər
Həkim deyir ki, bu problemli uşaqlar müalicə düzgün aparılmadıqda normal şəxsiyyət kimi formalaşa bilmir və hətta gələcəkdə qatı cinayətkar bel əoal bilərlər:
"El arasında belə fikirlər yayılıb: fikri havalardadır, böyüsün oxuyacaq. Təəssüf ki, valideynlər bununla bağlı həkimə müraciət etmək əvəzinə uşağa təzyiq edirlər.
Həmin valideynlər övladlarının xəstə olduğunu anlamırlar. Bu tip uşaqlarda özgüvənsizlik yaranır, onlar şəxsiyyət kimi formalaşa bilmirlər. Bu zaman uşaq özünü təsdiqləmək üçün zərərli vərdişlərə yönələ bilər.
Həmin uşaqlar böyüdükcə narkotik maddələrdən istifadəyə meyil edə bilərlər. İnternetdən və telefondan asılılıq yaranır. Depressiyaya düşürlər.
Depresiyadan çıxmaq və başlarını başqa şeylərlə qatmaq üçün zərərli, asılılıq yaradan vərdişlərə yiyələnirlər. Zərərli oyunlara qurşanırlar. Bu tip insanlarda davranış və şəxsiyyət poztuntusu yaranır. Belə uşaqlar gələcəkdə cinayətkara da çevrilə bilərlər".
Aytən Namazova deyir ki, valideynlərə bu məsələdə xüsusi tövsiyyə edir:
"Tövsiyyə olaraq bildirmək istərdim ki, əziz valideynlər, uşağınızda belə hallar aşkarlanırsa, mütləq həkimə, psixiatra vaxtında müraciət edəsiniz.
Həmin uşaqları birinci növbədə telefondan uzaq tutmaq lazımdır. Telefondakı oyunda baş verənlər uşaqlara birbaşa təsir göstərir. Uşaqlar vaxtında yatıb, vaxtında oyanmalıdırlar. Normal yuxu saatı axşam saat 10-dan səhər saat 7-dəkdir.
Həmçinin, uşaqlara məhdudiyyət qoyulmalıdır. Bu cür aktiv uşaqları idmana, oyunlara və müxtəlif fiziki hərəkətli yarışlara yönəltmək tövsiyyə edilir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Xəbərlər     Baxılıb: 1574   Tarix: 28 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

geyim seçimi gözəllik məhsulları toy makiyaji sekilleri qan qruplari badimcandan qisa hazirliq cennet almasinin hazirlanmasi manikür və pedikür kosmetika xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır həmidə webnem tovuzlu pomidor gözellik