Xalq artisti İNTİHARA cəhd etdi

Xalq artisti İNTİHARA cəhd etdiTürklər demiş, "qırx bir kərə maşallah…" Hər zaman formadadır, cazibədarlığı ilə illərə meydan oxuyur: xalq artisti Brilliant Dadaşovanı deyirəm…

Müğənninin yenicag.az-a müsahibəsini təqdim edirik.

– Brilliant xanım, necə edirsiniz ki, hər zaman belə gözəl, cazibədar qalırsınız?

– Heç vaxt özümü gözəl hesab etməmişəm. Hər zaman demişəm və yenə deyirəm ki, evimizin ən çirkin qızı olmuşam. Siz mənə gözəl deyirsiniz, özümə baxıram ki, görüm haram gözəldir? (gülür)

– Hər halda, gözəllik sirriniz var.

– İdman edirəm, insanlara hər zaman pozitiv enerji ötürürəm, onların yaxşılığını istəyirəm, müsbət düşünürəm. Bəyəm bunlar azdır?

– Sizcə, qadını gözəlləşdirən qüvvə hansıdır?

– Yaxşı niyyət.

– Bəs sevgi?

– Əlbəttə, sevgi də güclü amildir. (oğlu Cahadı göstərir) Bu da mənim sevgilim. Bir ona baxın, görün necə yaraşıqlıdır.

– Şou-biznes aləmində ailəsini qoruyub saxlayan cütlüklər çox azdır. Maşallah, illərdir ki, ailənizi qoruyub saxlamısız. Bu məsələdə kimin rolu daha çox olub? Sizin, yoxsa Ədalət müəllimin?

– Hər ikimizin.

– Müsahibələrinizin birində demişdiniz ki, hələ evlənməzdən əvvəl, həyat yoldaşınıza görə özünüzü öldürmək istəmisiz. İndi də ona görə özünüzə qəsd edərdiniz? Yəni demək istəyirəm ki, illər öncə yaşanan o sevgi, o həyəcan bu gün də qalıbmı?

– Əlbəttə, o vaxt onun üçün özümü öldürmək istəyirdim, amma indi təbii ki, ona görə özümü öldürmərəm. (gülür)

– Bunu özünə demisiz?

– Hə, özü də bilir.

– Həyat yoldaşınız hansı xüsusiyyətinə görə bu günə kimi yanınızdadır və sizi indi də özünə aşiq edir?

– Tərbiyəsinə, mədəniyyətinə görə. İnsanlarda ən birinci dəyər verdiyim xüsusiyyət səmimiyyət, mədəniyyət və tərbiyəli olmasıdır.

– Bəs sizcə, Ədalət müəllim sizə hansı xüsusiyyətinizə görə vurulub?

– Dəqiq deyə bilmərəm. Bu sualın düzgün cavabını Ədalət özü verərdi.

– Təbii ki, ailə söz-söhbətsiz ötüşmür. Elə bir məqam yaşanıbmı ki, "boşanıram" deyə qərar verəsiz?

– Yox, heç vaxt bu məqama gəlib çatmamışıq.

– Ailəni qorumaq üçün xanımlara nə məsləhət verərdiniz?

– Səbrli olsunlar. Yanındakı insana – həyat yoldaşına olan hörməti hər zaman qoruyub saxlasınlar.

– Xəyanətə münasibətiniz necədir? Əksər xanımlar kimi, yəqin siz də xəyanəti bağışlamırsız…

– Ər-arvad arasında xəyanət varsa, bir yerdə yaşamağın mənası yoxdur.

– Əgər həyat yoldaşınız sizə xəyanət etmiş olsaydı, buna reaksiyanız necə olardı?

– Yenə də bu fikrimdə qalıram: xəyanət varsa, o şəxslə bərabər yaşamağın mənası yoxdur.

– Sizcə, həyat yodaşınız sizə xəyanət edib?

– Bilmirəm və soruşmuram da. Bunu onun özündən soruşmaq lazımdır.

Xəbərlər     Baxılıb: 2992   Tarix: 07 fevral 2018
f Paylaş

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

yemek reseptleri yaz geyimleri 2026 gelinlikler pizza reseptləri gozlerin bezenmesi quru yemekler goy qursagi nece yaranir kosmetika cekc pornuxa toy gecesi kahfe fali aysel itburnu